Süni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb.
"Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlərə sızanaq müalicəsi ilə bağlı tövsiyələr və uyğun hesab edildikdə resept almaq imkanı verir.
İstifadəçi şəxsiyyətini təsdiqlədikdən, sağlamlıq anketini doldurduqdan və üzünün beş fotosunu yüklədikdən sonra süni intellekt 10-15 dəqiqə ərzində müalicə planı hazırlayır.
Sistem yalnız həkimlər tərəfindən əvvəlcədən təsdiqlənmiş məhdud sayda dərman arasından seçim edir. Ağır və mürəkkəb hallar isə həkimlərə yönləndirilir.
İlk 100 xəstəyə verilən reseptlər iki lisenziyalı həkim tərəfindən ayrıca yoxlanılacaq. Nəzarətin azaldılması üçün süni intellektlə həkim qərarları arasında ən azı 95 faiz uyğunluq tələb olunur.
Şirkət sızanaq müalicəsinin geniş yayıldığını və dermatoloqa müraciət üçün gözləmə müddətinin 61 günə çata bildiyini bildirir. Lakin həkimlər resept qərarlarının yalnız avtomatlaşdırılmış sistemə həvalə edilməsinə etiraz edirlər. Onların fikrincə, dərman təyin edilərkən xəstənin ümumi vəziyyəti, yan təsirlər və digər dərmanlarla qarşılıqlı təsir kimi amillər də nəzərə alınmalıdır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 126 Tarix: 08 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın
Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"
4 oktyabrHər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Qranat, zümrüd və ya sitrin daşları olan zinət əşyaları istənilən üslubda obrazla uğurlu şəkildə uyğunlaşa bilər. Bu isə müxtəlif geyimlərə uyğun yeni aksessuarlar seçmək zərurətini azaldır. Qaynarinfo xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə "585 Zolotoy" şirkətinin stilist
30 sentyabrYaş saçla yatmayın: Bu riski artıra bilər
Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş
4 oktyabr"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanında açılıb. Birmərtəbəli zal "Luna" qlobal dizayn konsepsiyası əsasında tərti
30 sentyabrBred Pitt və İnes de Ramon yeni fotolarda baba və nəvə ilə müqayisə edildilər
Hollivud ulduzu Bred Pitt sevgilisi İnes de Ramonla birlikdə İspaniyanın Madrid şəhərində görünüb. xarici KİV-ə istinadən xəbər verir ki, paparassilər onları əl-ələ gəzərkən lentə alıblar. 62 yaşlı aktyor boz köynək, qara şalvar, sarı idman ayaqqabısı, eynək ilə diqqət çəkib. İnes de Ramon isə ağ köynək
29 sentyabrDalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
6 oktyabr