İran 84 milyon dollar ödəməlidir
Kanadanın Ontario məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan altı kanadalının ailəsinə İran tərəfindən 107 milyon Kanada dolları (təxminən 84 milyon dollar) məbləğində təzminat ödənilməsinə qərar verib. Bu barədə Kanadanın CBC telekanalı iddiaçıların vəkili Mark Arnolda istinadən məlumat yayıb.
Vəkilin sözlərinə görə, onun ittihamları İrana hökumətinə və fəlakətdə günahkar olan digər rəsmilərə qarşıdır. Arnold qeyd edib ki, əgər İran tərəfi təzminatı ödəməkdən imtina edərsə onun komandası bu ölkənin Kanadadakı və xaricdəki aktivlərinə həbs qoyulmasını, İrana məxsus neft tankerlərinin həbs edilməsintələb edəcək.
Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus PS752 (Boeing 737-800) reysi 8 yanvar 2020-ci ildə Tehran hava limanından Kiyevə uçarkən havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Ölən 176 nəfər arasında İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olub. Yanvarın 11-də İran hərbçiləri hərbi obyektin yaxınlığından uçan "Boinq" təyyarəsini "düşmən hədəfi" ilə səhv salaraq vurduqlarını açıqlayıb.
2021-ci ilin iyununda İran Ali Məhkəməsinin sözçüsü Qulam Hüseyn İsmaili bildirib ki, Tehran qəzada həlak olanların ailələrinə 150 min dollar məbləğində tam təzminat ödəməyi planlaşdırır.\oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3510 Tarix: 04 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd
1 noyabrRusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı
Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində
1 noyabrFransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi
Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər. xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib. Naziri
1 noyabrİran yeni silahlar sınaqdan keçirib
İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen
1 noyabr