21 gündə iki dəfə nazir, 38 yaşında təqaüdə... - UNUDULAN MƏMURLAR

21 gündə iki dəfə nazir, 38 yaşında təqaüdə... - UNUDULAN MƏMURLARVaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə sabiq Daxili İşlər, Müdafiə naziri, DGK rəisi, ehtiyatda olan general-mayor Tahir Əliyevdən bəhs edəcəyik.

Tahir Yunus oğlu Əliyev 1954-cü ildə Qubadlı rayonunun Cılfır kəndində doğulub. Uşaqlığı Yevlax şəhərində keçib, orta təhsilini isə Gorusun Şurnux kəndində bitirib. 1971-1972-ci illərdə Mingəçevir Politexnik Texnikumunda təhsil alıb.

1975-ci ildə Kemerovo şəhər milis idarəsində işləməyə başlayıb. Bir müddət sonra isə orta milis məktəbində təhsil alıb. Bunun ardınca Omsk şəhər Ali Milis Məktəbi və SSRİ DİN-nin Milis Akademiyasında təhsilini davam etdirib.

Akademiyada təhsil alarkən 1986-cı ildə o vaxtkı Azərbaycan daxili işlər naziri Aydın Məmmədov Moskvaya tələbələrlə görüşə gəlir. Tahirlə də qısa söhbət edir və onu gələcəkdə Azərbaycana işləməyə dəvət edir.

Tahir Əliyev Azərbaycana qayıdanda 1988-ci ildə o zamankı DQMV Daxili İşlər İdarəsi rəisinin müavini, elə həmin ilin payızında isə Sumqayıt Şəhər Daxili İşlər İdarəsinin rəis müavini təyin olunur.

O, Azərbaycan Ali Sovetinə xalq deputatı seçilib. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.

Tahir Əliyev 1992-ci il 24 fevralda müdafiə naziri, 21 gün sonra, yəni martın 17-də isə daxili işlər naziri təyin olunub. May ayında isə 38 yaşlı general sərəncama göndərilib. 1993-cü ilin ikinci yarısından 1995-ci ilin yanvarına kimi Gömrük Komitəsinin sədri vəzifəsində işləyib.

Qeyd edək ki, Tahir Əliyev hazırda ehtiyatda olan generaldır. 2020-ci ilin fevralında Milli Məclisə keçirilən seçkilərdə deputat seçilmək istəyib. 41 saylı Sumqayıt seçki dairəsindən öz namizədliyini irəli sürüb. Amma Hicran Hüseynovaya uduzub.
Tahir Əliyev iki güc nazirliyinə rəhbərlik edib. Mediada çox az görünən sabiq nazir jurnalistlərdən birinin bu sualına belə cavab vermişdi:

- Müdafiə naziri vəzifəsinə təyinatınız necə olmuşdu, cəbhəçilərin rolu olmuşdumu bu məsələdə?

-1992-ci ilin əvvəlində Dağlıq Qarabağda vəziyyət həddən artıq gərgin idi. Ermənilər bütün cəbhə boyu hücuma keçmişdi. Harada hücum olurdusa, çalışırdım orada olum, döyüşdə iştirak edim, imkanım çatan qədər torpaqlarımızın müdafiəsində dayanım. Xocalı, hətta Qaradağlı hadisəsindən bir neçə gün öncə erməni-rus birləşmələri Qubadlıya hücum edib Yazı Düzü deyilən yerdən dəhliz açmaq istəyirdi.

Daxili işlər naziri Tofiq Kərimov mənə bu barədə məlumat verəndən sonra qüvvələri səfərbər edib Qubadlıya həmin hücumu dəf etməyə nail olduq. Döyüşdə şəhid olanlarımız var idi. Onların cəsədlərini səngərdən çıxaran zaman Qubadlının icra başçısı gəlib mənə dedi ki, prezident Ayaz Mütəllibov sizinlə danışmaq istəyir. Cəsədləri çıxarandan sonra getdim icra başçısının otağından Mütəllibovla danışdım.

Məndən Qubadlıdakı, döyüş bölgəsindəki vəziyyəti soruşdu. Məruzə etdim. Mütəllibov mənə dedi ki, əhali arasında müdafiə naziri Şahin Musayevə inam azdır, ona görə də sənin müdafiə naziri təyin olunmağın barədə qəti qərara gəlmişik. Mən ona dedim ki, Müdafiə Nazirliyinin adı var, özü yoxdur, bu nazirlik həqiqi nazirlik kimi yaradılmalıdır. Məni Bakıya dəvət etdi, gəldim, görüşdük və nazir təyin olunmağım barədə fərman verdi. Mən bu cür müdafiə naziri təyin olundum.

Bir daha qeyd edək ki, Tahir Əliyev mətbuata qapalı adamdı. Mediada çox az görünür. Şəxsi həyatıyla bağlı məlumat yoxdu. Bircə bundan başqa: 27 ildir heç harada işləmir.
21 gündə iki dəfə nazir, 38 yaşında təqaüdə... - UNUDULAN MƏMURLAR


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2418   Tarix: 05 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

8 noyabr
.

Prezident: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

"Bu gün Türkiyə dövləti, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib

8 noyabr
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

8 noyabr
.

Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb. "Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə bir dah

9 noyabr
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

8 noyabr
.

Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri

9 noyabr
.

Aİ səfiri Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etti

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycanı Dövlət Bayrağı Günü ilə bağlı təbrik edib. "Yeni Sabah" xəbər verir ki, bu barədə onun "X" hesabında paylaşım edilib. "Bu gün, Aİ nümayəndəliyi ölkənin müstəqilliyinin, birliyinin və mill

9 noyabr
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

8 noyabr