Ukraynada abidəsi qoyulan yeganə azərbaycanlı mer - VİDEO

Ukraynada abidəsi qoyulan yeganə azərbaycanlı mer - VİDEO2014-cü il iyulun 26-sı səhər saatlarında Kremençuk şəhərində baş verən qətl hadisəsi təkcə Ukraynanı yox, dünya azərbaycanlılarını da sarsıtdı. Öz evinin qarşısında qətlə yetirilən isə bu şəhərin meri, bütün Avropada yeganə azərbaycanlı mer Oleq Babayev idi. Amma nədənsə həmin vaxt bu cinayətin üstü nəinki açılmadı, hətta qısa zamanda hadisənin özü belə unuduldu.
Oleq Mərdan oğlu Babayev 1965-ci ildə Kursk vilayətində azərbaycanlı ailəsində anadan olub.

Gənc yaşlarından aktiv biznesə atılan Oleq qısa müddətdə Ukraynada biznes elitasında iri səhmlərə sahib olub. 2010-cu ildən öldürülənə qədər Poltava vilayəti Kremençuk şəhərinin meri vəzifəsində çalışıb.

Oleq Babayev səhər saatlarında zibil atarkən evinin qarşısında öldürülür. Ciddi rezonans doğuran bu hadisə ilə bağlı həmin dövrdə Ukraynada yeni təyin edilmiş erməni əsilli daxili işlər naziri Arsen Avakovun müşaviri Anton Geraşenkonun "Babayev, yəqin ki, mane olduğu şəxslərin qəzəbinə tuş gəlib", - deyə açıqlama verməsi ciddi müəmma doğurur.

Vəkili Anatoliy Kononenkonun açıqlamasına görə, Babayevin qətli ilə bağlı cinayət işi ondan 5 ay əvvəl Kremençukda qətlə yetirilən bir hakimin qətli ilə birləşdirilir.

Məsələ ilə bağlı Ukrayna Baş Prokurorluğuna müraciət etsək də, qurumun sözçüsü Suzanna Savçuk "hazırda iş məhkəmədədir və prokurorluq bu barədə şərh verə bilmir", - deyərək kamera önünə çıxmaqdan imtina etdi. Şahidlərin bildirdiyinə görə, qətlin sifarişçisi kimi ittiham olunan, media maqnatı Oleksandr Melniklə Oleq Babayev arasında mübahisələr yaşanıb. İddia olunur ki, Babayevin ölümünə də səbəb budur. Amma Babayevin Ukraynada istər biznes sektorunda, istərsə də ictimai-siyasi mühitdə kifayət qədər genişmiqyaslı nüfuzunu nəzərə alaraq bu qətlin sifarişinin Melniklə bitmədiyini düşünənlər də var. O.Babyevin qətlindən az keçməmiş Kremençuk ictimaiyyəti yığışaraq onun rəhbərlik etdiyi şəhərdə abidəsini ucaldır. Hər il onun anım günündə bu abidənin önü insan axını ilə dolub-daşır. O, xaricdə abidəsi ucaldılan yeganə azərbaycanlı merdir. Yerli insanların azərbaycanlı merə sevgisi bu abidə ilə bitmir. Abidənin yerləşdiyi mərkəzi park da Babayevin adınadır. Ölümündən sonra "Kremençuk arena" stadionuna Babayevin adı verilib.

Mərkəzi muzeydə Oleq Babayev sərgisi təşkil olunur, təhsil müəssisələrində hər il xatirəsi anılır. Ən əsası isə böyük qızı Olqa yerli sakinlərin dəstəyi ilə yerli radaya deputat seçilib. Oleq Babayev öldürüləndə böyük qızının 25, kiçiyinin isə 14 yaşı olub. Artıq müəmmalı qətlin üzərindən 7 ildən çox zaman keçir. Onun qızları hələ də atalarının qatilinin tapılmasını və layiqli cəzasını almasını gözləyirlər.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1895   Tarix: 05 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma

"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat

1 noyabr
.

Tramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video

ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd

1 noyabr
.

Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır

İran fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı mövqeyini kifayət qədər aydın hesab etdiyi üçün hələlik ABŞ rəsmiləri ilə görüş keçirmək niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Telegram" kanalında yazıb. Onun sözlərin

1 noyabr
.

Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı

Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində

1 noyabr
.

Fransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi

Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər. xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib. Naziri

1 noyabr
.

İran yeni silahlar sınaqdan keçirib

İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen

1 noyabr
.

Ərdoğan Zelenski ilə görüşdən sonra Ukraynada sülh üçün hansı addımı təklif etdi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada davamlı sülhün təmin olunması üçün tərəflərin razılığa gəlməsinin vacibliyini vurğulayıb. "Haber Global"a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib. İki lider Dolmabahçe sarayınd

31 oktyabr
.

Donald Tramp ona qarşı aksiyaların Corc Soros tərəfindən maliyyələşdirildiyini açıqladı

ABŞ Prezidenti Donald Tramp ona qarşı təşkil edilən etiraz aksiyalarının milyarder Corc Soros tərəfindən maliyyələşdirildiyini iddia edib. -ın məlumatına görə, bu barədə "The Wall Street Journal" nəşri yayıb. "Yenə bir etirazçı. Onlara Soros pul ödəyir. Üstəlik, bu adam ucuz başa gəli

31 oktyabr
.

15 yaşlı Məryəmin cəsarəti, alovların içindən uşağı xilas etdi - Milyonluq mükafat! - VİDEO

Dağıstanın Xasavyurt şəhərində 15 yaşlı məktəbli Məryəm Akavova yanan avtomobildə köməksiz qalan azyaşlı uşağı ölümdən xilas edib. Yeniyetmənin göstərdiyi cəsarət böyük əks-səda doğurub. xəbər verir ki, hadisə oktyabrın 27-də baş verib. Şəhərin 5 nömrəli məktəbinin 9-cu sinif şagirdi Məryəm küçədən keçərkə

1 noyabr