Gəlişi də iğtişaşla oldu, gedişi də... - Sirrləri ilə birlikdə Nazarbayev kim idi?

Gəlişi də iğtişaşla oldu, gedişi də... - Sirrləri ilə birlikdə Nazarbayev kim idi?Qazaxıstanda gərginlik hökm sürür və bu vəziyyət 36 il öncəni, 1986-cı ilin hadisələrini xatırladır. Etirazçıların mübarizə forması o dövrlə eyni olsa da, məzmun fərqlidir. Hələ ki məlum olan sosial narazılıqdır. Elə 1986-cı ilin dekabrın 16-da da etirazlara ilk səbəb rəsmi olaraq Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinə Gennadi Kolbinin birinci katib təyin olunması idi.

Qeyd edək ki, 1986-cı il Qazaxıstan hadisələri SSRİ-də siyasi və milli zəmində kütləvi iğtişaşların baş verdiyi, antisovet şüarların səsləndiyi ilk qaynar nöqtə olub.

Hadisələrdən öncə Qazaxıstana Dinmühəmməd Kunayev rəhbərlik edib. Məhz Qazaxıstan hadisələrinin baş verməsinin bir səbəbi də Kunayevin vəzifədən uzaqlaşdırılması olub. Kunayev SSRİ-nin siyasi elitasında ən nüfuzlu şəxslərdən biri sayılıb. O, 22 il boyunca rəhbərlik etdiyi respublikada da böyük nüfuz qazanıb. Bu 22 il ərzində Qazaxıstanda sənaye istehsalı 8.9 dəfə, kənd təsərrüfatı 6.2 dəfə artıb. Əhalinin artımında da göstəricilər müsbət olub, bu illər ərzində respublikada milliyyətcə qazax olanların sayı 2.5 dəfə, ümumilikdə isə 2 dəfə artıb, respublikada əsas vəzifələri tutanların 70 faizi qazaxlar olub.
Gəlişi də iğtişaşla oldu, gedişi də... - Sirrləri ilə birlikdə Nazarbayev kim idi?Leonid Brejnevlə Kunayevin arasında olduqca yaxın münasibətlər hökm sürüb. Brejnev baş katib kimi Qazaxstana səfər edəndə birinci katibin mənzilində qalıb. Hətta baş katib Kunayevin mənzilinin kiçik olmasını ona "irad" tutub. Kunayev bütün məsələləri birbaşa Brejnevlə həll edib. Onun Kremlə gəlişini Suslov belə xarakterizə edib:

"Kunayev Kremlə gələndə, sanki Brejnevin şəxsi mülkünə qonaq gəlir. Gəlir, ev sahibi ilə görüşür, sözünü deyir, problemini həll edir və geri qayıdır..."

Kunayev 1976-cı ildə Mərkəzi Komitəyə kənd təsərrüfatı məsələləri üzrə katib təyin edilən Qorbaçovu isə, ümumiyyətlə ciddi fiqur kimi qəbul etməyib, müşavirə və iclaslarda ona "cavan oğlan" deyə müraciət edib.

Brejnevin vəfatından sonra Kunayev birinci katib vəzifəsində dörd il duruş gətirə bilib. 1986-cı dekabrın 11-də Kunayevin iştirak etmədiyi Siyasi Büronun iclasında onun vəzifədən uzaqlaşdırılması haqqında qərar qəbul olunub. Dekabrın 16-da isə Qazaxstan KP MK-nın 18 dəqiqə davam edən plenumunda Kunayev birinci katib vəzifəsindən azad edilib.
Gəlişi də iğtişaşla oldu, gedişi də... - Sirrləri ilə birlikdə Nazarbayev kim idi?Kunayev özündən sonra Qazaxstanın birinci katib kürsüsündə Nursultan Nazarbayevi görmək istəyib. Həmin dövrdə Nazarbayev Qazaxstan Nazirlər Sovetinin sədri vəzifəsində işləyib. Amma Qorbaçov hakimiyyətində Kunayev kadr məsələsinə qarışmaq imkanında olmayıb.

Dekabrın 16-da Qazaxıstana yeni birinci katib təyin olunması məsələsi də həll olunub. Saatlar ərzində Ulyanovsk vilayət partiya komitəsinin birinci katibi Gennadi Kolbin Kremlə gətirilib. İlk əmək fəaliyyətinə çəkməçi kimi başlayan Kolbin 1959-cu ildən partiya orqanlarında işləyib. Nijni Tagildə, Sverdlovskda katib, ikinci katib işləyən Kolbin 1975-1984-cü illərdə Gürcüstanda, Şevardnadzenin birinci katib olduğu illərdə respublika KP MK-nın ikinci katibi vəzifəsində çalışıb. Məhz onun Kremllə əlaqələr yaratmasında Şevardnadzanin böyük rolu olub. Əslində Kolbinin Gürcüstandan sonra hanssa bir müttəfiq respublikaya birinci katib təyin olunması nəzərdə tutulub. Amma Kreml bu təyinatı gerçəkləşdirə bilmədiyindən onu Ulyanovsk vilayətinə birinci katib göndəriblər.
Gəlişi də iğtişaşla oldu, gedişi də... - Sirrləri ilə birlikdə Nazarbayev kim idi?Sözsüz ki, Kolbin Qazaxıstanda birinci katib kimi fəaliyyətə başladığı birinci günün gözlənilməz hadisələrlə başlanacağını ağlına gətirməyib.

Heç vaxt Qazaxıstanda işləməyən, qeyri-qazax bir şəxsin Qazaxıstana rəhbərliyə gətirilməsi iğtişaşlara, nümayişlərə, mitinqlərə, qarşıdurmaya səbəb olub. Tələbələrin başladığı etiraz aksiyalarına səhəri gün on minlərlə insan qoşulub. Qarşıdumaya ordu müdaxilə edib və itkisiz ötüşməyib. Qazaxıstan rəsmiləri, o cümlədən Nursultan Nazarbayev də etirazçıları sabitliyə çağırıb. Amma bütün bunlar heç bir nəticə verməyib.
Gəlişi də iğtişaşla oldu, gedişi də... - Sirrləri ilə birlikdə Nazarbayev kim idi?SSRİ DTK-nın birinci müavini, hadisələr zamanı Alma-Atada olan ordu generalı Filip Bobkov öz memurlarında Qazaxıstan hadisələrinə toxunaraq qeyd edib ki, Nazarbayev etirazçı kütlələri sakitliyə, qanunlara riayət etməyə çağırsa da, o, etiraz aksiyalarının keçirilməsinin əsas təşkilatçılarından biri olub.

Qazaxıstan hadisələri ordunun müdaxiləsi ilə yatırılıb. Hadisələrlə bağlı cinayət işi açılıb, 9 min nəfərə yaxın etirazçı saxlanılıb, istintaqa ümumilikdə 6 min nəfərdən artıq adam cəlb edilib. Bəzi versiyalara görə, hadisələr zamanı ölənlərin sayı yüzlərlə olub. Amma rəsmi olaraq qarşıdurmada üç nəfərin öldüyü göstərilib. Bu rəqəmi Filip Bobkov da təsdiqləyib.

Qazaxıstan hadisələri Kolbini geri qaytara, Nazarbeyebi isə birinci kürsüyə əyləşdirə bilməyib. Kolbin 1989-cu ilin iyun ayına qədər Qazaxstanın birinci katibi vəzifəsində fəaliyyətini davam etdirib. Yalnız həmin tarixdən sonra Nazarbayev illər boyu gözlədiyi kürsüyə sahib olub.

Nazarbayev uzun illər hakimiyyət sükanını böyük siyasi peşəkarlığla saxlaya bilib. Yəqin ki, çoxları belə düşünür. Amma yox, bu qənaətdə bir yanlışlıq var, çünki əsl peşəkarların heykəllərini aşırmırlar...

"Yeni Müsavat"


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 5556   Tarix: 06 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"İlham Əliyevin çıxışı qlobal enerji siyasətində yeni baxış ortaya qoyub" - POLİTOLOQ

"Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin açılışındakı proqram xarakterli çıxışı, sadəcə regional deyil, qlobal enerji siyasətinin fəlsəfəsini yenidən formalaşdıran geostrateji manifest xarakteri daşıyır. Dövlət başçısının təhlili 30 il əvvəl əsası qoyulmuş stratej

2 iyun
.

"Milli Qurtuluş Günü müasir Azərbaycanın uğurlarının təməlində dayanan siyasi fəlsəfənin təntənəsidir" - DEPUTAT

"Azərbaycan xalqının taleyində elə tarixi günlər var ki, onlar təkcə müəyyən bir dövrün hadisəsi deyil, bütöv bir xalqın gələcəyini müəyyənləşdirən dönüş nöqtəsi kimi qiymətləndirilir. 1993-cü il iyunun 15-i məhz belə günlərdən biridir. Bu tarix Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsində

9 iyun
.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

13 iyun
.

"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT

"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond

11 iyun
.

"Bu tədbir Azərbaycanın enerji strategiyasının təqdimat platformasıdır" - DEPUTAT

"Azərbaycan qlobal enerji liderlərini bir araya gətirən 30-cu Bakı Enerji Həftəsinə ev sahibliyi edir. Həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşan Bakı Enerji Həftəsi özündə 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas"

3 iyun
.

İlham Əliyev Trampın həmin hədiyyəsini Orra göstərdi - Video

Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr ilə bu gün keçirilən görüş zamanı ona ABŞ Prezidenti Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini göstərib. "Qafqazinfo" xəbər verir ki, bu, "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin qüvvəsini

1 iyun
.

Səfir: "Almaniyada bu il Azərbaycan Prezidentinin səfərinə ümid edirlər"

"Almaniya ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Berlinə rəsmi səfər edəcək". "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib. "Prezident Əliyevi Almaniyaya dəvət ediblər. Bi

15 iyun
.

Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman

Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti ilə bağlı normativ-hüquqi aktlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən, aşağıdakı sənədlərdə dəyişikliklər təsdiq edilib:. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixl

3 iyun
.

"Azərbaycanın zəngin tarixi, ədəbiyyatı, musiqisi, incəsənəti müasir təqdimat üsulları ilə yeni nəsillərə çatdırılmalıdır" - AÇIQLAMA

"Son illərdə dünyada informasiya müharibələrinin, ideoloji təsir vasitələrinin və qlobal media platformalarının təsir imkanlarının artdığı bir şəraitdə elmi-kütləvi, mədəni-maarif və təhsil yönümlü proqramların hazırlanması hər bir dövlət üçün strateji əhəmiyyət daşıyan məsələlərdən birinə çevrilib

8 iyun