Qazaxıstandakı etiraz hərəkatının lideri üzə çıxdı
Qazaxıstanda "Bank Turan Alem" ASC-nin (BTA Bank) keçmiş rəhbəri, hazırda xaricdə gizlənən Muxtar Ablyazov özünü Qazaxıstandakı etiraz hərəkatının lideri adlandırıb.
Qaçaq bankir bu barədə cümə günü "Reuters" agentliyinə müsahibəsində bildirib.
Ablyazov qeyd edib ki, Almatıdakı etirazçılar hər gün ondan necə davranacağını soruşurlar.
O, həmçinin elan edib ki, etiraz aksiyası doğru istiqamətdə gedərsə, "müvəqqəti hökumətə" rəhbərlik etmək üçün Qazaxıstana qayıdacaq.
Parisdə müsahibə verən bankir etirazları koordinasiya etmək üçün Qərb ölkələrindən vəsait almadığını da əlavə edib. Eyni zamanda, Ablyazov respublikanın Rusiya ilə yaxınlaşmasının qarşısını almaq üçün Qərb dövlətlərini Qazaxıstanda baş verənlərə müdaxilə etməyə çağırıb.
Qeyd edək ki, Ablyazova qarşı Rusiya, Qazaxıstan və Ukraynada cinayət işi başlanıb. O, bir sıra cinayətlərdə, o cümlədən dələduzluqda, saxtakarlıqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. Qazaxıstanda ona qarşı 2009-cu ildə cinayət işi başlanıb, bundan sonra bankir ölkədən qaçıb və İnterpol tərəfindən beynəlxalq axtarışa verilib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1772 Tarix: 07 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd
1 noyabrRusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı
Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində
1 noyabrFransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi
Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər. xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib. Naziri
1 noyabrİran yeni silahlar sınaqdan keçirib
İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen
1 noyabr