Baş verənlər ölkə iqtisadiyyatına necə təsir edəcək?
"Amma reallıq və ilkin qiymətləndirmə ondan ibarətdir ki, son hadisələr Qazaxıstan iqtisadiyyatına təsirsiz ötüşmür".
Sonxeber.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat Qazaxıstanın əksər iqtisadi göstəricilərinə görə, MDB-də ikinci yerdə olduğunu vurğulayıb:
"Xüsusən nəzərə alaq ki, adambaşına düşən ümumi məhsulun həcmi 9 min dollardan artıqdır. Bu, Rusiyadan sonra ikinci ən böyük rəqəmdir. Eyni zamanda orta aylıq əmək haqqı səviyyəsinə görə, Qazaxəstan Rusiyadan sonra Ukrayna ilə ardıcıl olaraq sonrakı yerləri bölüşür. İxrac həcminə görə, Qazaxıstanın illik ixracatı 66 milyard dollardır. Bu da Rusiyadan sonra ikincidir. Dünyada Qazaxıstan ən çox məhsul ixrac edən 50 ölkədən biridir. Faktiki olaraq Qazaxıstan iqtisadiyyatında iqtisadi göstəricilər region ölkələrlə müqayisədə daha yaxşı hesab olunurdu".
Vüqar Bayramov bildirib ki, müzakirə olunan məsələlərdən biri də son hadisələrin Qazaxıstan iqtisadiyyatına necə təsir göstərməsi ilə bağlıdır:
"Hər halda güman olunur ki, müəyyən təsir olacaq. Nəticə etibarı ilə banklar artıq işləmir, eyni zamanada digər strateji obyektlərin də fəaliyyətini davam etdirməsində müəyyən çətinliklər var. Bu da nəticə etibarı ilə Qazaxıstan iqtisadiyyatına təsir göstərir. Amma sözsüz, prosesin hansı istiqamətdə cərəyan etməsi və necə sonlanması iqtisadi baxımdan da əhəmiyyətli olacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu