Bu siçan-pişik oyunu nəyə lazım?

Bu siçan-pişik oyunu nəyə lazım?Kubra Məhərrəmova yazır...

Son günlərin ən həyəcanlı xəbərləri çox təəssüf ki, Qazaxıstandan gəlir.

Hər gün bu iğtişaşlar nəticəsində ölən və yaralananların sayı artır. Yəqin ki, həyatda ən dəhşətli hadisə qardaşın əlindən ölməkdir. Çox təəssüf ki, Qazaxıstanda qardaş qanı tökülür.

Baş verənlər fonunda həmişə olduğu kimi kimlərsə xeyir tapacaq, ölüm və qan üzərindən xal yığacaq. Sahibinin yanında xal yığmağa çalışanlar isə neçə gündür sıraya düzülüb. Və bu xal yığanlar bunu o qədər həyasızcasına edirlər ki, ən riyakar adamda ürəkbulanma yaradır.

Siyahıda birinci Kremlin ruporu, "gözəllər gözəli" Marqarita Simonyandır. Tokayev kömək istəyən kimi "Rossiya Seqodnya" İnformasiya Agentliyinin rəhbəri, "Sputnik" agentliyinin baş direktoru Marqarita Simonyan şərtlər siyahısını dərc etdi. Krımı tanımaq. Kiril əlifbasına geri dönmək. Rus dili ikinci dövlət dili olsun. Rus məktəblərinə toxunulmasın. Anti-Rusiya mövqeli QHT-lər məhv olunsun. Millətçilərdən uzaq Rusiya ilə qardaşlıq siyasəti yürüdülsün. Sonda da yazıb ki, əks halda "Ибо неча", yəni kömək gözləməyin.

Məndən olsaydı sonunda orta əsrlərdə olduğu kimi illik xəracın da məbləğini yazardım. Ya da aylıq. Şərtlərə baxanda aydın olur ki, Marqaritanın yazdığı post çoxdan hazır imiş və komanda gələn kimi dərc edib. Sadəcə influenser kimi yaxşı seçim deyil. Kremlin texnoloqları daha cəlbedici, daha gözəl qadın seçsələr yaxşı olar. Çünki Marqaritanın ələyi göydə gəzir. Yeni, maraqlı obrazlara ehtiyac var.

Elə bu gecə bütün pravoslavlar İsa Məsihin doğum gününü qeyd ediblər. Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill gecə liturgiyası zamanı Qazaxıstan torpağında sülh hökmranlığı üçün dualar oxuyub. Və bildirib ki, Qazaxıstan tarixən Rusiyanın ərazisidir. Buna görə də biz bu hadisələrə laqeyd qala bilmərik. Sən demə Kirill var gücü ilə dua edib. Bəllidir ki, var gücü ilə ona tapşırılan siyasi şərhi öz dini kürsüsündən eşitdirib.

Yadıma bizim din xadimlərinin ictimai-siyasi şərhləri düşdü. Aşağı-yuxarı hamısı eyni şeydir. Geyiməri təkcə fərqlidir. II Qarabağ Müharibəsi dövründə ağzından köpük çıxana qədər erməniləri müdafiə edən Dumanın deputatı Zatulin isə məsələyə başqa tərəfdən yanaşıb. O bildirib ki, Qazaxıstanda rus əsilli vətəndaşlara və rusdilli vətəndaşlara qarşı pantürklər tərəfindən təzyiqlər göstərilir. Və Rusiya öz "övladlarını" qorumalıdır. Bəs bütün bu iğtişaşları da türklüyü dəstəkləyən gənclərdir. Pişiyin quyruğu o qədər aşkar görünür ki?

Zatulin baş verən hadisələrə şərh verərkən daha da irəli gedərək bildirib ki, iştirakçıların çoxu Soros məktəbini keçənlərdir. Bu iğtişaşların səbəbi elə Nazarbayevin yürütdüyü siyasətdir. Nazarbayevin Rusiyanın qucağından qaçıb Qərbə getməsi, Qərb investorlarının ölkəyə cəlb edilməsi, yeni, gənc nəslin əsl Qazax, türk kimi tərbiyə etməsidir ki, bu gün Qazaxıstanda qardaş qanı axıdılır. Milli-radikal gənclər!

Kremlin "təlxəyi" Jirinovski isə bütün mümkün versiyaların üstündən xətt çəkib. Dumanın deputatı Vladimir Jirinovski "Exo Moskva"ya bildirib ki, "Nazarbayevə heç nə olmayacaq, çünki Moskva onun tam təhlükəsizliyinə zəmanət verir. O, Qorbaçov və Yeltsinin təqaüdə çıxdıqdan sonra aldığını alacaq".

O, həmçinin qeyd edib ki, Qazaxıstanın yeni prezidenti Tokayev Rusiyanın dostu olacaq. Açığı son günlər Nazarbayevin səsi-sorağı heç gəlmir. Haradadır, o da bilinmir? Bəlkə onun yerini elə Jirinovski bilir? Çünki bu qoca təlxəyin bilmədiyi işə qurd düşür. Özünü gicliyə vuraraq əsl məqsədi ortaya qoyur. Hamı onun dediklərini ciddi almadığı məqamda Kreml öz siyasətini yeridir.

Kremlin "bloqerləri" bu gün ən müxtəlif vəzifələrdə çalışsalar da özlərini tez ələ verirlər. Ya da qəsdən belə edirlər ki, "dayı"ları bəlli olsun. Sadəcə bu siçan-pişik oyunu nəyə lazım, onu bir deyən olsaydı. Aşağı-yuxarı hamının siçanı da, pişiyi də bilinir./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2755   Tarix: 07 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. AA-ya istinadla xəbər verir ki, Ərdoğan Türkiyə ilə Azərbaycanın sevincdə və kədərdə bir olan, bütün çətinliklərə birlikdə sinə gərən iki qardaş dövlət olduğun

9 noyabr
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

8 noyabr
.

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto

Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur"

"Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında söyləyib. "Bir dah

8 noyabr
.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşıma dövlətimizin başçısının "Türkiyə-Azərbaycan birliyi əbədidir" sitatı əlavə edilib. Həmin paylaşımı təqdim edirik. Paylaşım

10 noyabr
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

8 noyabr
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

8 noyabr
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

8 noyabr