Xorvatiya klubu Emrelinin "Legiya"dan ayrılmasını gözləyir
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emrelini transfer etmək üçün onun Varşava təmsilçisi ilə məsələsini həll etməsini gözləyir.
"Report" "24sata.hr" saytına istinadən xəbər verir ki, hazırkı qeyri-müəyyənlik Zaqreb təmsilçisinin işini çətinləşdirir.
Paytaxt təmsilçisi 25 yaşlı hücumçunun keçidinə görə yüksək təzminat məbləği ödəmək istəmir. Klub rəhbərliyi hesab edir ki, "Legiya" Emreli ilə müqaviləyə xitam versə, transfer daha ucuz başa gələ bilər.
Bildirilib ki, futbolçunun Polşa klubundan ayrılması FIFA-nın səlahiyyətində deyil. Çünki tərəflər arasında müqavilə yerli arbitarajın yurisdiksiyasına uyğun razılaşdırılıb.
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1740 Tarix: 09 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bellinqem 23 yaşında Kasilyasın 20 illik rekordunu qırıb
İngiltərə millisinin və "Real"ın (İspaniya) futbolçusu Cud Bellinqem UEFA Çempionlar Liqasında İker Kasilyasın rekordunu qırıb. UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi buna Liqa mərhələsinin IV turunda AEK-lə (Yunanıstan) oyunda iştirak etməklə nai
5 noyabr"Tvente" tarixinin ən böyük səfər qələbəsini qazanıb
Niderlandın "Tvente" klubu tarixinin ən böyük səfər qələbəsini qazanıb. xarici mediaya istinadən xəbər verir ki, Enshede təmsilçisi bunu çempionatının XI turunda "Ekselsior" üzərində 9:0 hesablı qələbə qazanmaqla reallaşdırıb. Bu, həmçinin "Ekselsior" üçün Niderland çempionatınd
4 noyabr"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir
"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv
7 noyabr"Fənərbaxça"dan möhtəşəm geridönüş
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Fənərbaxça" doğma meydanda "Liverpul"u 3:2 hesabı ilə məğlub edib. "Qafqazinfo" xəbər verir ki, hesabda geri düşən İstanbul təmsilçisinin heyətində 29-cu dəqiqədə Qrinvud, 73-cü dəqiqədə Arçi Braun, 79-cu dəqiqədə is
4 noyabrArgentina milli komandasının qapıçısı: "Messi bizə hər şeyi öyrətdi"
Argentina yığmasının və Londonun "Çelsi" futbol klubunun qapıçısı Emiliano Martines Lionel Messinin onun üçün bir nümunə olduğunu bildirib. Bu barədə "Marca" nəşrinə istinadən xəbər verir. "Mən də eynilə Messi kimi getmək istərdim. O, bizə hər şeyi öyrətdi: uğursuzluğa düça
31 oktyabrAzərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
Azərbaycan deflimpiyaçıları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan karatenin şotokan növü üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Deflimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib. WSF versiyası üzrə keçirilən yarışda Aytən Qədirova (kata), Hikmət Ağaye
2 noyabr"Qarabağ" klubu 4500 manat cərimələnib
"Qarabağ" klubu 4500 manat cərimələnib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Buna Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub. Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexnik
3 noyabr