İlham Əliyev Ermənistanın hərəkəti barədə: "Bu dərəcədə alçaqlığı təsəvvür etmək olarmı?"

İlham Əliyev Ermənistanın hərəkəti barədə: "Bu dərəcədə alçaqlığı təsəvvür etmək olarmı?""Müharibənin daha bir epizodu barədə hələ danışmamışam. Yəqin ki, bu söhbət ilk dəfə biz Zəngilan istiqamətində Ermənistanla sərhədə doğru irəliləyəndə və Ağbənd qəsəbəsinə bir neçə kilometr qalan vaxt olub".

Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

"Biz məlumat aldıq ki, erməni tərəfi Rusiya tərəfinə müraciətlə xahiş edib ki, Rusiyanın Gümrüdəki hərbi bazasının kontingentinin bir hissəsi oraya, sərhədə, Zəngilana ezam edilsin. Bunu onunla əsaslandırmaq istəyirdilər ki, guya Azərbaycan Ermənistan ərazisinin Mehri hissəsini ələ keçirmək niyyətindədir. Hərçənd bizim belə niyyətimiz yox idi. Bununla belə Gümrüdəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edildi. Bu operativ informasiya bizdə vardı. Bu hadisə baş verəndən dərhal sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Orada məsafə çox kiçik idi, buna görə onlar minomyotlardan da atəş açırdılar. Orada biz tələfat verdik. Lakin təbii ki, biz cavab verdik və dərhal Rusiyaya müraciət etdilər ki, Azərbaycan rusiyalı hərbi qulluqçuları atəşə tutur. Bu dərəcədə alçaqlığı təsəvvür etmək olarmı? Yeri gəlmişkən, Rusiya tərəfi sonralar, artıq bizimlə kontaktlarda bu hadisəni eyni ilə mənim kimi qəbul edirdi: bu, alçaqlıqdan başqa bir şey deyil. Yəni istəyirdilər ki, biz erməni mövqelərinə cavab atəşi açmaqla rusiyalı hərbi qulluqçulara ziyan vuraq, onlar öz məqsədlərinə çatsınlar və Rusiyanı bu müharibəyə cəlb etsinlər. Müharibə dövründə baş verən çox hadisələr erməni tərəfin hərəkətlərinin alçaq xarakterinə sübutdur. Hətta öz hərbi qulluqçularına münasibətdə. Səngərlərdə, maşınlarda, yük maşınlarında zəncirlə bağlanmış vəziyyətdə ölən erməni hərbi qulluqçularını nə qədər tapdıq. Ermənistanın hərbi və siyasi komandanlığı fərarilərin yerindəcə güllələnməsi barədə göstəriş vermişdi. Bütün bu informasiya bizdə var. Ona görə ki, biz təkcə Qarabağda deyil, Ermənistan ərazisinin çox hissəsində də bütün məkanı izləmişik. Buna görə baş verənlər haqqında mötəbər informasiyaya malik idik. Yeri gəlmişkən, indi də belədir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1811   Tarix: 13 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq

Noyabrın 12-də Bakıda ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş Azərbaycan-Qana biznes forumu keçiriləcək. "Africa-Azerbaijan Cooperation"a (AFAZ) istinadən xəbər verir ki, Azərbaycan və Qana arasında qarşılıqlı investisiyaların artırılması və ticarət əlaqələrini

9 noyabr
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

8 noyabr
.

Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: "Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"

"İki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanl

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

8 noyabr
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

8 noyabr
.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

9 noyabr
.

XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür. Düny

10 noyabr
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

8 noyabr
.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

8 noyabr