İğtişaş zamanı həbs olunan musiqiçi azad edilib? - AÇIQLAMA
Bir müddət öncə Qazaxıstanda baş verən iğtişaşlar zamanı qırğızıstanlı musiqiçinin həbsi xəbəri yayıldı. Həmin şəxsin azad olunması ilə bağlı Qırğızıstan tərəfindən Qazaxıstana nota göndərildi. Hazırda o musiqiçi azad olunubmu?
Məsələ ilə bağlı Sonxeber.az-a Qırğızıstanın "Prudent Solutions" analitik mərkəzinin direktoru Esen Usubəliyev açıqlama verib.
O, bu sualın cavabını dəqiq bilmədiyini deyib:
"Bəziləri azad olunduğunu deyirlər, amma əksini deyənlər də var. Hələlik rəsmi məlumat daxil olmayıb.
Qanunsuz olaraq həbs edilən, hansısa mitinq iştirakçısı olmaqda və ya daha da pis - talançılıqda ittiham olunan musiqiçimizlə bağlı vəziyyət ilk olaraq sübuta yetirilməlidir. Bu şəxsin hər hansı mitinqlərdə iştirakına dair heç bir sübutun olmadığı sürəcə Qırğızıstan hökuməti hesab edir ki, ona qarşı irəli sürülən ittihamlar əsassızdır.
Xüsusilə vurğulamaq istəyirəm ki, Qırğızıstanda və Qazaxıstanda tanınmış musiqiçi olduğundan, ola bilsin ki, anlaşılmazlıq baş verib.
Biz Qazaxıstana kömək etməyə, onlara düşdüyü bu vəziyyətdən çıxmaq imkanı verməyə çalışırıq. Amma yenə də, baş verənlərə düzgün qiymət vermədən danışmaq çətindir.
Bir şeydə əminik ki, bu adam terrorist deyil və səhv iş görməyib. Onun haqqında terrorçu imiş kimi danışmaq, hər hansı bir iğtişaşda iştirakının sübutu olmadan, vaxtından əvvəl nəsə demək yanlış olar".
ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir