Qazaxıstanda komendant saatına görə ata, ana və qızları güllələndi
Üç nəfərdən ibarət ailə Almatı vilayətinin mərkəzində - Taldı-Kurqan şəhərində qonaqlıqdan evə qayıdarkən avtomobildə güllələnib. Öldürmək üçün açılan atəşin qurbanları ailə başçısı Nurbolat Seyitkulov, həyat yoldaşı Altınay Etayeva və 15 yaşlı qızı Nuray olub.
Sonxeber.az xəbər verir ki, bu barədə Qazaxıstanın "Express K" nəşri məlumat yayıb.
Ailənin qohumlarından birinin dediyinə görə, faciəli olay şəhərdə komendant saatı tətbiq olunan ilk gün axşam saat təxminən 20:30 radələrində baş verib. Bu zaman artıq komendant saatı qüvvədə olub. Lakin ailə axşam saat 20:00-dan komendant saatının qüvvəyə minəcəyindən xəbərsiz imiş. Dəfn mərasiminə toplaşanlar da axşam saat 8-dən etibarən komendant saatının tətbiq edildiyindən xəbərsiz olduqlarını deyirlər.
"Maşının şüşələri tünd rəngdə olmayıb və hərbçilər salonda uşaq olduğunu görməli idi",- ailənin yaxınları belə deyir. Avtomatın ardıcıl atəşi yeniyetmə qızın üzünə yönəlib.
Nurbolat zavodda işləyir, Altınay evdar qadın idi, Nuray isə məktəbdə oxuyurdu...
Dünən - yanvarın 12-dən Almatı vilayətində komendant saatı dəyişdirilib və indi saat 23:00-da başlayacaq. Əvvəllər şəhərdə hərəkətə məhdudiyyətlər axşam saat 8-dən səhər saat 7-yə kimi qüvvədə olub. (moderator.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2141 Tarix: 13 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir gəmi Hörmüzdə minaya düşdü
Hörmüz boğazında daha bir tanker minaya düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yayıb. Bildirilib ki, üç neft tankeri Hörmüz boğazından cənubda minalanmış ərazidən keçməyə cəhd edib. Onlardan biri minaya düşüb və gəmidə yanğın ba
23 iyulAlimlər hesabladı: İnsan Yer tarixində son dəqiqələrin "qonağıdır"
Əgər Yerin təxminən 4,5 milyard illik tarixi bir təqvim ilinə sığışdırılsaydı, müasir insan yalnız 31 dekabr axşamı meydana çıxardı, bəşəriyyətin bütün yazılı tarixi isə Yeni ilin başlanmasına cəmi bir neçə on saniyə qalmış baş verərdi. Qaynarinfo xəbər berir ki, bu barədə "Space Daily" nəşr
23 iyulXameneidən ABŞ-yə sərt ittiham: "Vaşinqton öz əsl üzünü göstərdi"
"ABŞ tərəfindən sazişin dəfələrlə pozulması Amerika prezidentinin imzasının əhəmiyyətsizliyini və etibarsızlığını bir daha nümayiş etdirib". "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri Müctəba Xamenei bəyan edib. Onun sözlərinə görə
19 iyulSon 14 ilin ən güclü şaxtası qeydə alındı: -84,1 dərəcə
Antarktidadakı "Concordia" elmi-tədqiqat stansiyasında -84,1 dərəcə Selsi temperatur qeydə alınıb. Bu, 2012-ci ildən bəri Yer kürəsində ölçülmüş ən aşağı temperatur göstəricisidir və stansiyada indiyədək qeydə alınmış tarixi minimumdan cəmi 0,5 dərəcə yüksəkdir. Qaynarinfo xəbər verir ki, b
20 iyulHitlerin doğulduğu ev polis bölməsi oldu - Foto
Avstriyada nasist lider Adolf Hitlerin doğulduğu ev uzun illər davam edən müzakirələrdən sonra rəsmi olaraq polis bölməsi kimi fəaliyyətə başlayıb. "Qafqazinfo" xəbər verir ki, hökumət bu addımla binanın neonasist qruplar üçün simvola və ziyarət məkanına çevrilməsinin qarşısını almağı hədəfləyir
23 iyul