Türkiyə-Azərbaycan münasibətlərinin 30 illiyi: Cahid Bağçı paylaşım etdi - FOTO
Bu gün Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.
Bu münasibətlə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı özünün "Twitter" hesabından paylaşım edib.
"Türkiyə Cümhuriyyətinin qardaş Azərbaycanla əlaqələrinin əsasını cümhuriyyətimizin qurucusu Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamı ilə ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamının vəhdəti təşkil edir", – deyə o, bildirib.
Onun sözlərinə görə, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin "Şuşa Bəyannaməsi" ilə atdıqları imzalar iki qardaş ölkə arasında əlaqələri strateji müstəvidən müttəfiqlik səviyyəsinə qaldırıb.
"Türkiyənin Azərbaycanla diplomatik əlaqələrinin 30-cu ildönümü mübarək, qardaşlığımız əbədi olsun", - deyə diplomat sözlərini yekunlaşdırıb.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir