Tofiq Musayev dünyanın ən məşhur turnirində nə vaxt döyüşə çıxacaq?
MMA döyüşçümüz Tofiq Musayevin dünyanın iki ən məşhur turnirindən biri olan "Bellator"da çıxış edəcəyi tarix bilinib.
Bu barədə Oxu.Az-a Tofiq Musayevin özü məlumat verib.
"Bellator"da hələ ki rəqibim bəlli deyil. Ancaq bağlanan müqaviləyə əsasən bir il yarım ərzində 4 döyüş keçirmək hüququm var. İlk döyüşüm fevralın sonu–martın əvvəlinə təsadüf etməlidir", - idmançı bildirib.
Qeyd edək ki, Tofiq Musayev bu turnirdə yüngül çəkidə mübarizə aparacaq. Onun rəqibləri bilinməsə də, hazırda bu turnirlə müqavilə bağlamış 8 döyüşçü onun rəqibi ola bilər. Onların arasında ləqəbi "Pitbull" olan braziliyalı Patriki Freyre də var. Tofiq məhz bu rəqibini 2019-cu ilin dekabrın 31-də Yaponiyada keçirilmiş Rizin Qran Pri turnirinin finalında məğlub edərək kəmər qazanıb.
Onu da bildirək ki, son açıqlanan reytinqdə Tofiq Musayev öz çəki kateqoriyasında dünyanın ən güclü 40 MMA idmançısından biri sayılır. O hazırda 39-cu, UFC-də çıxış edən Azərbaycan əsilli Rafael Fiziyev 11-cidir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1781 Tarix: 14 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qarabağ" klubu 4500 manat cərimələnib
"Qarabağ" klubu 4500 manat cərimələnib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Buna Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub. Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexnik
3 noyabr"Tvente" tarixinin ən böyük səfər qələbəsini qazanıb
Niderlandın "Tvente" klubu tarixinin ən böyük səfər qələbəsini qazanıb. xarici mediaya istinadən xəbər verir ki, Enshede təmsilçisi bunu çempionatının XI turunda "Ekselsior" üzərində 9:0 hesablı qələbə qazanmaqla reallaşdırıb. Bu, həmçinin "Ekselsior" üçün Niderland çempionatınd
4 noyabr"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb
"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Müdafiəçi yığmanın UEFA Millətlər Liqasının C Liqasında noyabrda keçirəcəyi oyunlar üçün açıqlanan heyətində yer alıb. Qeyd edək ki, Moldova seçməsi noyabrı
6 noyabr"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi
"Fənərbağça" müvəqqəti baş məşqçi Dirk Kuytla yollarını ayırıb. Niderlandlı mütəxəssis İsmail Kartal baş məşqçi vəzifəsindən ayrıldıqdan sonra komandanın sükanı arxasına keçmiş və "Liverpul" üzərində tarixi qələbədə mühüm rol oynamışdı. "A Spor"a istinadən xəbər verir ki
8 noyabrDÇ-2028: Azərbaycan - Latviya oyununun hakimləri açıqlanıb
Futzal üzrə DÇ-2028-in əsas mərhələsində keçiriləcək Azərbaycan - Latviya oyununun hakimləri bəlli olub. Bu barədə -a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən bildirilib. XII qrupun qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün idarəçiliyi Dino Kramar, Nikol
6 noyabrDuranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - VİDEO
UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən "Seltik" - "Beşiktaş" matçından (3:2) sonra maraqlı hadisə yaşanıb. -a istinadla xəbər verir ki, Şotlandiya klubunun kolumbiyalı hücumçusu Kamilo Duran azərbaycanlı azarkeşə jest edib. O, qarşılaşma başa çatdıqdan sonr
7 noyabr4 güləşçimiz DÇ-də mübarizəyə başlayır
Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəyə start verəcək. "Qafqazinfo" xəbər verir ki, 1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üz
31 oktyabrUkrayna Məsut Özili ittiham etdi
Ukrayna "Real" klubunun və Almaniya yığmasının türk əsilli sabiq futbolçusu Məsut Özili "Ukraynaya qarşı təcavüz aktlarında iştirak etməkdə" ittiham edib. xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Məlumata görə, buna səbəb futbolçunun son açıqlaması olub. Bel
9 noyabr