İlham Əliyev: "Bu gün imzalanan sənədlər ölkələrimizin yaxınlaşmasına yalnız töhfə verəcək"
"Bu gün imzalanan sənədlər ölkələrimizin yaxınlaşmasına yalnız töhfə verəcək".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Kiyevdə Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.
Dövlət başçısı Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişafı üçün çoxlu imkanların olduğunu qeyd edib.
Prezident İlham Əliyev Ukrayna ilə Azərbaycanın hər zaman bir-birini dəstəklədiyini və bu gün sənədlərin imzalanmasının bu dəstəyin daha bir sübutu olduğunu vurğulayıb.
"Biz bütün istiqamətlər üzrə işləməyə hazırıq", - dövlət başçısı əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində bu gün ikitərəfli 6 sənəd imzalanıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1224 Tarix: 14 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni
8 noyabr"Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. AA-ya istinadla xəbər verir ki, Ərdoğan Türkiyə ilə Azərbaycanın sevincdə və kədərdə bir olan, bütün çətinliklərə birlikdə sinə gərən iki qardaş dövlət olduğun
9 noyabrƏrdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha
8 noyabr