Həbib Nurməhəmmədov Nəriman Abbasovun UFC-də çıxışını ABŞ-da müzakirə edəcək

Həbib Nurməhəmmədov Nəriman Abbasovun UFC-də çıxışını ABŞ-da müzakirə edəcək"Nəriman Abbasovun UFC-də çıxış edə bilməsi üçün vizası artıq alınıb. Bu barədə Gənclər və İdman Nazirliyi bizə kömək edib".

Bunu Oxu.Az-a MMA idmançısı Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov deyib.

O bildirib ki, Nəriman Abbasovun UFC-də çıxış etməsi Həbib Nurməhəmmədovdan asılıdır:

"Xatırlayırsınızsa, Həbib Nurməhəmmədov ötən ay açıqlamasında Nərimana kömək edə biləcəyini açıqlamışdı. Biz də bundan yararlanaraq ona müraciət etdik. Həbib bildirdi ki, bu ayın sonu ABŞ-a gedəcək və orada Nərimanın məsələsini UFC rəhbərliyi ilə müzakirə edəcək. Məhz bundan sonra onun UFC ilə müqavilə bağlayıb-bağlamaması bilinəcək".

O, UFC məsələsi alınmasa, Rusiyada fəaliyyət göstərən "AMC Fight Nights" ilə yola davam edəcəklərini bildirib:

"Mən açıq oynayıram. "AMC Fight Nights"ın prezidenti Kamil Hacıyevlə də, Həbiblə də danışmışam. Demişəm ki, UFC alınmasa, orada çıxış edəcəyəm. Çünki vaxt itirmək istəmirik. Kamil də bizdən xəbər gözləyir. O da deyib ki, problem yoxdur, işiniz alınmasa, burada Nəriman üçün kəmər döyüşü təşkil etməyə hazırıq".

Qeyd edək ki, Nəriman Abbasov yüngül çəkidə "AMC Fight Nights" kəmərinin sahibidir. O, sonuncu dəfə Həbib Nurməhəmmədovun yeznəsi Şamil Zavurovu məğlub edərək ardıcıl 12-ci dəfə qələbə qazanıb.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 2073   Tarix: 14 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Qarabağ" klubu 4500 manat cərimələnib

"Qarabağ" klubu 4500 manat cərimələnib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Buna Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub. Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexnik

3 noyabr
.

"Tvente" tarixinin ən böyük səfər qələbəsini qazanıb

Niderlandın "Tvente" klubu tarixinin ən böyük səfər qələbəsini qazanıb. xarici mediaya istinadən xəbər verir ki, Enshede təmsilçisi bunu çempionatının XI turunda "Ekselsior" üzərində 9:0 hesablı qələbə qazanmaqla reallaşdırıb. Bu, həmçinin "Ekselsior" üçün Niderland çempionatınd

4 noyabr
.

"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb

"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Müdafiəçi yığmanın UEFA Millətlər Liqasının C Liqasında noyabrda keçirəcəyi oyunlar üçün açıqlanan heyətində yer alıb. Qeyd edək ki, Moldova seçməsi noyabrı

6 noyabr
.

"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi

"Fənərbağça" müvəqqəti baş məşqçi Dirk Kuytla yollarını ayırıb. Niderlandlı mütəxəssis İsmail Kartal baş məşqçi vəzifəsindən ayrıldıqdan sonra komandanın sükanı arxasına keçmiş və "Liverpul" üzərində tarixi qələbədə mühüm rol oynamışdı. "A Spor"a istinadən xəbər verir ki

8 noyabr
.

DÇ-2028: Azərbaycan - Latviya oyununun hakimləri açıqlanıb

Futzal üzrə DÇ-2028-in əsas mərhələsində keçiriləcək Azərbaycan - Latviya oyununun hakimləri bəlli olub. Bu barədə -a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən bildirilib. XII qrupun qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün idarəçiliyi Dino Kramar, Nikol

6 noyabr
.

Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - VİDEO

UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən "Seltik" - "Beşiktaş" matçından (3:2) sonra maraqlı hadisə yaşanıb. -a istinadla xəbər verir ki, Şotlandiya klubunun kolumbiyalı hücumçusu Kamilo Duran azərbaycanlı azarkeşə jest edib. O, qarşılaşma başa çatdıqdan sonr

7 noyabr
.

4 güləşçimiz DÇ-də mübarizəyə başlayır

Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəyə start verəcək. "Qafqazinfo" xəbər verir ki, 1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üz

31 oktyabr
.

Harri Keyn "Bavariya" ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadıb

"Qızıl top" mükafatının son qalibi Harri Keyn Almaniyanın "Bavariya" klubu ilə yeni müqavilə imzalayıb. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli hücumçunun Münhen təmsilçisi ilə yeni sözləşməsi 2029-cu il iyunun 30-dək nəzərdə tutulub. Təcrübəli forvard 2023-c

5 noyabr
.

Ukrayna Məsut Özili ittiham etdi

Ukrayna "Real" klubunun və Almaniya yığmasının türk əsilli sabiq futbolçusu Məsut Özili "Ukraynaya qarşı təcavüz aktlarında iştirak etməkdə" ittiham edib. xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Məlumata görə, buna səbəb futbolçunun son açıqlaması olub. Bel

9 noyabr