Turizm sektoru COVID-19 təsiri ilə görün neçə milyard avro itirib
İspaniyanın turizm sektoru COVID-19 pandemiyasının təsiri ilə son 2 ildə 164,391 milyard avro itirib.
"Sonxeber.az" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İspaniyanın "Exceltur" turizm sənayesi birliyinin açıqlamasında bildirilib.
Məlumata görə, 2019-cu ildə turizm fəaliyyətlərindən əldə edilən 154,738 milyard avroluq gəlir, 2020-ci ildə 52,539 milyard avroya (2019-cu illə müqayisədə 2,9 dəfə az), 2021-ci ildə isə 88,546 milyard avroya (2019-cu illə müqayisədə 42,8 % az) enib.
İspan turizminin bu il də 2019-cu il rəqəmlərinə çatmayacağı vurğulanan açıqlamada, turizm fəaliyyətlərindən əldə edilən ümumi gəlirin 2022-ci ildə 135,461 milyard avro (2019-cu ilə nisbətən 19,277 milyard avro və ya 12,5 % az) olacağı təxmin edildiyi qeyd edilib.
Pandemiyadan əvvəl turizm sektorunun ümumi milli məhsulda (ÜDM) payı 12,4 % təşkil etdiyi halda, 2020-ci ildə 5,4 %-ə, 2021-ci ildə isə 7,4 %-ə düşüb. Turizmin ÜDM-də payı bu il 10,5 %-dək artacağı gözlənilir.
Mütəxəssislər isə yoluxmaların sayının sürətlə artmasına səbəb olan "Omicron" variantının qısa müddətdə bu ilki turizm sektoruna təsirinin qeyri-müəyyən olduğunu, 2023-cü il üçün daha optimiz olduğlarını və 2019-cu ilin rəqəmlərinə çata biləcəklərini ifadə ediblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1235 Tarix: 15 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30 oktyabrAlmaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın
1 noyabrDünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi
"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas
31 oktyabrKanada və Aİ ittifaq yaratdıqlarını elan etdilər
Kanada və Avropa Birliyi artan geosiyasi qeyri-sabitlik və ticarət münaqişələri fonunda iqtisadi və siyasi müstəqilliklərini gücləndirmək üçün ittifaq yaratdıqlarını elan ediblər. xəbər verir ki, Monrealda iki günlük sammitdən sonra Kanadanın Baş naziri Mark Karni və Avropa Komissiyasının prezident
31 oktyabrTramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd
1 noyabr