Xameneinin bacısı qızı həbs edildi - FOTO
İranda Məhbusların Müdafiəsi Kampaniyasının sədri Fəridə Muradxani həbs edilib.
Bu barədə "Azad İran" "Telegram" kanalı HRANA agentliyinə istinadən məlumat yayıb.
Fəridə Muradxaninin həbs olunma səbəbi hələlik bilinməsə də, bəzi sosial media istifadəçiləri onun tutulma səbəbini Fərəh Pəhləvinin anım mərasimində şeir oxuması ilə əlaqələndirib.
Aktivist Muradxaninin həbs ilə bağlı məlumatlar yanvarın 16-da yayılıb. O, yanvarın 13-də evinə qayıdarkən ETTELAAT tərəfindən saxlanılıb. İranın təhlükəsizlik orqanları fəalın evində axtarış əməliyyatı keçirib və Muradxaninin bir sıra şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparıblar.
Fəridə Muradxani tutulduqdan bir gün sonra ailəsi ilə əlaqə saxlayaraq, Evin zindanının "209-cu kolon" adlanan - ETTELAAT-ın təcridxanasına köçürüldüyünü açıqlayıb.
Qeyd edək ki, Fəridə Muradxani İranın ali dini lideri Əli Xameneinin bacısı qızıdır./Oxu.az

Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1658 Tarix: 17 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha
8 noyabrÖlkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesab edirə
8 noyabrCeyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
8 noyabr