Nazarbayevin üçüncü kürəkəni də postunu itirdi
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayev "Atameken" Milli Sahibkarlar Palatasının rəhbəri vəzifəsindən istefa verib.
Kulibayevin müvafiq müraciəti bazar ertəsi, yanvarın 17-də palatanın saytında dərc edilib.
"Mən bu gündən etibarən "Atameken" Milli Sahibkarlar Palatasının rəyasət heyətinin seçilmiş sədri vəzifəsindən istefa vermək qərarına gəldim", - deyə Kulibayev bildirib.
O, göstərilən etimada görə qurultay nümayəndələrinə və rəyasət heyətinin üzvlərinə təşəkkür edib, həmçinin bildirib ki, Milli Sahibkarlar Palatasının ali nəzarət orqanına səkkiz il rəhbərlik etmək onun üçün böyük şərəf və məsuliyyət olub.
Timur Kulibayev Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ortancıl qızı Dinara ilə evlidir.
Bundan əvvəl Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin iki kürəkəninin vəzifəsindən getdiyi məlum olmuşdu. Belə ki, keçmiş dövlət başçısının böyük qızı Dariqanın ikinci əri Kayrat Şaripbayev səhmdarı olduğu "QazaqGaz" Milli Şirkətindən, kiçik qızı Aliyənin əri Dimaş Dosanov isə "KazTransOil" dövlət şirkətinin baş direktoru postundan uzaqlaşdırılmışdı.\Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı