"Prezidentin Ukraynaya səfəri dost xalqların inkişafında mühüm rol oynayacaq" - Deputat
"Azərbaycanla Ukrayna strateji tərəfdaş, dost ölkələrdir və bir-birilərinin xarici siyasətində əhəmiyyətli yer tuturlar".
Bunu Sonxeber.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyevin Ukraynaya növbəti səfəri, münasibətlərdə yeni perspektivlər açıb və kifayət qədər məhsuldar olub:
"Dövlət başçıları İlham Əliyev və Vladimir Zelenski tərəfindən strateji tərəfdaşlığın dərinləşməsinə yönəlik Birgə Bəyannamə imzalanıb. Enerji, hərbi-texniki, müdafiə sənayesi, infrastruktur, nəqliyyat, aqrar-sənaye, ticarət, investisiya, ərzaq təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın aktivləşdirilməsi barədə razılıq əldə olunub. Ukrayna-Azərbaycan ticarət əlaqələri sürətlə inkişaf edir. Ötən il ticarət dövriyyəsi 1 milyard ABŞ dollarına çatıb. Növbəti illərdə ticarət həcmini ikiqat artırmaq qərara alınıb. Mövcud Rusiya-Ukrayna münasibətlərini nəzərə alsaq, burada böyük bir potensialın olduğunu görə bilərik.
Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın daxil olduğu GUAM çərçivəsində nəqliyyat dəhlizinin yaradılması istiqamətində işlər aparılacaq.
Azərbaycan şirkətlərinin Ukraynada, Ukrayna şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi üçün müvafiq şərait yaradılacaq.
Bütövlükdə, cənab Prezidentin Ukraynaya səfəri siyasi, iqtisadi məzmununa görə zəngin olub və hər iki dost ölkənin, dost xalqların inkişafında mühüm rol oynayacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 991 Tarix: 18 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Eşq olsun Azərbaycan Bayrağına!" - Video
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin
9 noyabrTürkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb. "Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə bir dah
9 noyabrMehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26" qeydini əlavə edib. Paylaşımı buradan izləyin
9 noyabrİlham Əliyev Kamboca Kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında
9 noyabr"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
8 noyabr