Təzyiqin ölçülməsində yol verdiyiniz 5 SƏHV - Nəticə düz olmur
Çox insanlar istər elektron, istər mexanik təzyiq aparatı ilə arterial təzyiqini özləri ölçdükdə bu səhvləri edir.
Qaydaları bilməmək və düzgün ölçməmək təzyiqi yanlış göstərir və dərmanın dozasını düzgün seçməyə mane olur. Bu isə təhlükəli ola bilər.
Sonxeber.az Medicina.az-a istinadən təzyiq ölçərkən yol verilən ən yayılmış 5 səhvi təqdim edir:
1. Bir qolda ölçürsüz
Bu, aşağı rəqəm verə bilər və insanı çaşdırar. Qaydaya görə, təzyiq hər iki qolda ardıcıl ölçülməlidir. Adətən bir qolda təzyiq o birindən aşağı olur. Həlledici rəqəm yüksək olan rəqəmdir.
Eləcə də xəstədə hipertoniya diaqnozunu dəqiqləşdirəndə monitorinq apararkən hər iki qolda aparılır. Hansı qolda təzyiq çox vaxt yüksək olursa, gələcəkdə bu qolda ölçmək kifayətdir
2. Manjet ya boşdur, ya da çox sıxır
Bu da yalançı nəticə verir. Təzyiq olduğundan yüksək çıxır.
Eləcə də manjeti lazım olduğundan çox sıxmaq da yuxarı təzyiqi aşağı, aşağı təzyiqi isə yuxarı göstərəcək.
3. Qol geyimin altında sıxılır
Çox vaxt təzyiqi ölçəndə paltarın qolunu yuxarı çəkib çiyindən qolu sıxırsızsa, bu zaman təzyiq olduğundan yüksək göstərəcək. Nazik köynək, koftada həkimlər qolu çirmələmədən, manjeti üstdən bağlamağı tövsiyyə edir.
4. Yemək yedikdən sonra təzyiqi ölçürsünüz
Yemək yeyəndəndərhal sonra təzyiqi ölçmək düzgün deyil. Qida, xüsusilə ağır və yağlı yeməklər, təzyiqi qaldırır. Təzyiqi yeməkdən 1 saat sonra və ya əvvəl ölçün.
5. Çay, qəhvə və spirtli içkidən sonra ölçürsünüz
Tünd çay və qəhvə təzyiqi qaldırır. Amma alkoqollu içkini içdikdən sonrakı 30 dəqiqədə damarlar genişlənir, təzyiq bir az aşağı düşür. Daha sonra isə olduğundan da yuxarı qalxır. Ona görə bu içkilərdən bir qədər sonra təzyiqi ölçün.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı