Təkəbbürlü deputatlar...

Təkəbbürlü deputatlar...İndi deyəcəksiniz ki, ad çəkmədən yazırsansa, bu qələmdən (klaviaturadan) çıxan məqalə etibarlı məlumatlar əsasında ərsəyə gəlməyib.

Ancaq bir məqamı deyim ki, burada etibarlı informativ mənşə axtarmaq niyyətləri əbəsdir, çünki bizim müşahidələrimiz və canlı ünsiyyətimiz özü ən etibarlı mənbədir.

Yenə Milli Məclisin bir qisim deputatı barədə fikirlərimi, daha doğrusu məndə bu fikirləri formalaşdıran tendensiyaları ərz etmək istəyirəm.

Bilirik, deputatlıq statusu istər-istəməz bu mandatın daşıyıcısı olan şəxslərin fəaliyyətinə, oturuşuna-duruşuna, hərəkətlərinə təsir göstərir. Bir növ təvazökarlıq təbiəti öz yerini təkəbbürə verir və ictimai rəyə bu təkəbbürdən irəli gələn "məndən yoxdur" obrazı təlqin edilir.

Əstəğfurullah, dediklərimiz heç də bütün millət vəkillərinə aid deyil, deputatlar arasında təvazökar, işini bilən, həmsöhbəti üzərində psixoloji üstünlük qazanmaq niyyətində olmayanları da var.

Bir də tam əksinə, öz cismani vəziyyətini və daxili aləmini məmur kimi cilalayan, Azərbaycanın bəzi keçmiş nazirlərinə xas təkəbbür və ədaya bənzər davranışlar sərgiləyən deputatlarımız mövcuddur.

Olsun, hərə bir xarakterdədir, özünəgüvən yaxşı şeydir, amma bu cür millət vəkillərində özünə inam yalnız deputat kreslosunun verdiyi bihuşedici vərdişdən irəli gəlir.

Yaxşıdır ki, heç olmasa biz jurnalistləri Milli Məclisin foyesində görəndə güclə də olsa, başı ilə salam verib yanımızdan keçirlər, amma xeyri-yoxdur, təkəbbür onların düşüncələrində əhəmiyyətli yer tutub.

Belə millət vəkillərimizin həmsöhbəti üzərində aşırı psixoloji üstünlük qazanmaq cəhdləri barədə də danışmadan keçmək olmaz. Hər sözünün əvvəlində "mən professoram" deyərək sözü-sözə calayan deputatlar, ya da müsahibə edərkən səni sual yağışına tutan deputatlar mövcuddur. Çox şükür ki, bu sətirlərin müəllifi həmin suallara cavab verə bilib, amma sanki imtahanda səni ilişdirmək istəyən müəllim kimi davranıb, bəzən bilmədiyin bir şeydən sual edir. Normaldır, bilmirəm, axı sən özün də hər şeyi bilmirsən.

Suala gəlincə, elə yerdən sual verərik ki, buna cavab tapmaq üçün bir ay əlləşərsiniz, amma məsələ bu deyil axı.

Qısası, öz dediklərinin inandırıcılığını gücləndirmək üçün seçilən bu metod qüsurludur. İndi elə heç bir elmi titulu olmayan şəxslər var ki, necə deyərlər professorları kölgədə qoyarlar – istər innovativ yanaşmaları ilə, istərsə də, bilikləri ilə.

Hörmətli professor deputatlar, inandırım sizi ki, fikirlərinizin qarşısına yapışdırdığınız epitet dediklərinizi heç də inandırıcı etmir, əksinə sizi təkəbbürlü göstərir./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2362   Tarix: 18 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021