Bakının bu ünvanında 11 bina sökülür - Sakinlərə 2 il 350 AZN kirayə haqqı ödənəcək - VİDEO
Xəbər verdiyimiz kimi, Nizami rayonu ərazisində yaşayışa tam yararsız olan 11 bina sökülür. Yararsız binalaradan biri də Rüstəm Rüstəmov 88-98 ünvanında yerləşən binadır.
Sonxeber.az xəbər verir ki, "ARB TV" binanın son vəziyyəti ilə bağlı bina sakinləri ilə görüşərək söhbətləşib. Sakinlər evlərdə istilik sistemi olmadığını və binaların yaşayışa yararlı olmadığını bildiriblər. 1960-ci ildə istifadəyə verilən və indiyədək 90 ailənin yaşadığı bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerinə müasir standartlara cavab verən yeni bina tikiləcək.
Sakinlərə daşınma pulu ödəniləcək. Həmçinin proses davam edənədək 90 ailənin 2 il müddətində aylıq 350 manat kirayə haqqı qarşılanacaq.
Qeyd edək ki, ərazidəki 11 bina mərhələli şəkildə söküləcək. İlkin mərhələdə 4, növbəti mərhələdə isə 6 bina söküləcək./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2750 Tarix: 19 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr