Türkiyə ilə Ermənistan görüşü barədə Metyu Brayzadan ÖZƏL AÇIQLAMA
Bildiyiniz kimi, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Moskvada görüşüblər. Bu görüşdən sonra verilən mesajlar müsbətdir. Bəs Ermənistan və Türkiyə arasında olan sonrakı görüşlər necə olacaq? Ermənistan bu görüşlərdən sonra Türkiyə ilə əlaqələr qurmaq yönündə hansı addımlar ata bilər? Azərbaycan faktorunun bu görüşlərdəki önəmi nədir?
Məsələ ilə bağlı Sonxeber.az-ın suallarını ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza cavablandırıb.
O bildirib ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin bu ilk görüşündən sonra verilən mesajların müsbət olması təəccüblü deyil:
"Çünki Ermənistan və Türkiyə 2009-cu il Diplomatik Protokollarına qədər davam edən münasibətlərini normallaşdırmaq istədiklərini çoxdan bəyan ediblər. O zaman münasibətlər normallaşmadı, çünki Ermənistanın Qarabağda Azərbaycan torpaqlarını işğal etdiyi müddətdə Azərbaycan Türkiyənin Ermənistana təzyiqi azaltmaq üçün hər hansı bir addım atmasına qəti şəkildə qarşı çıxırdı.
İndi, 44 günlük müharibədə qalib gəldikdən və bütün ərazilərini geri aldıqdan sonra Azərbaycan nəinki Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmasına qarşı deyil, əksinə, uzunmüddətli sabitliyi qorumaq, davamlı sülhü təmin etmək və xüsusilə nəqliyyat dəhlizlərində yeni investisiyalar hesabına iqtisadi inkişafı stimullaşdırmaq üçün bunu dəstəkləyir.
Onu da bilirəm ki, Türkiyə və Türkiyənin biznes liderləri Ermənistanla əlaqələrin bərpasına çox üstünlük verirlər, çünki onlar Ermənistana, Azərbaycana və Gürcüstanın da daxil olduğu regional iqtisadiyyata geniş investisiya imkanları görürlər.
Ümid edirik ki, hazırda, xüsusən də 2021-ci ilin iyununda keçirilən parlament seçkilərindən sonra Baş nazir Paşinyanın siyasi mövqeyini gücləndirdiyi bir zamanda, biz onun Ermənistanı konstruktiv şəkildə idarə etməyə davam edə biləcəyini görəcəyik, çünki o, Türkiyə ilə normal diplomatik münasibətlərin bərpasında növbəti addımı atmaqdadır".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı