Kəskin hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ - YENİLƏNİB
Bakıda və Abşeron yarımadasında yanvarın 20-də arabir yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu günün birinci yarısında 3 dərəcəyədək isti, axşam 0 dərəcəyə yaxın olacaq.
Azərbaycanın rayonlarında yanvarın 19-u axşam şimal və qərb rayonlarında, yanvarın 20-dən 21-dək isə əksər rayonlarda hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, yanvarın 19-da gündüz, 20-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
13:47
Yanvarın 20-də Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-3 dərəcə isti, Bakıda gecə və gündüz 1-3 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, Abşeron yarımadasında güclü xəzri küləyi fonunda yağıntılı və soyuq diskomfort hava şəraiti gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-18 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı