Gəncədə ana azyaşlılara işgəncə verir? - Komitə HƏRƏKƏTƏ KEÇDİ + VİDEO
Gəncədə azyaşlıların döyülməsi ilə bağlı məlumat yayılıb.
Oxu.Az xəbər verir ki, məlumat sosial şəbəkədə paylaşılıb.
Yayılan görüntülərdə qadının azyaşlının üstünə qışqırdığı eşidilir. Ehtimal edilir ki, qadın həmin uşağın anasıdır. Videoda uşağın qışqırıq səsləri onun döyülməsinə ehtimal yaradır.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən video əsasında aidiyyəti üzrə araşdırma başlanılıb:
"Araşdırma nəticəsində hadisənin baş verdiyi ünvan müəyyən olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi, eyni zamanda Gəncə Şəhər İcra Hakimiyyətinə məlumat verilib. Paralel olaraq araşdırma davam etdirilir. Həmin ünvana səfər olunacaq və ailə ilə danışıqlar aparılacaq. Tərəfimizdən zəruri olan bütün tədbirlər görüləcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 954 Tarix: 19 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr