Azərbaycanda iki dəfə evli olmuş kişi məktəbli qızı qaçırtdı - YENİLƏNİB
Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Tərtər rayonunda məktəbli qızın qaçırılması ilə bağlı məlumatlara münasibət bildirib.
Qurumdan bildirilib ki, Tərtər rayonunun Evoğlu kəndində kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədovanın Agdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılması ilə bağlı 19 yanvar tarixində Dövlət Komitəsinə məlumat daxil olub.
Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi dərhal faktın araşdırılmasına başlayıb.
Bununla bağlı Dövlət Komitəsi tərəfindən Tərtər və Agdam rayon İcra hakimiyyətlərində fəaliyyət göstərən "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komisiya"ya məktubla müraciət edib.
16:23
Tərtərdə 16 yaşlı qız qaçırılıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində baş verib.
Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb.
Bununla bağlı polisə qızın ailəsi tərəfindən məlumat verilib. Ailəsi iddia edir ki, 16 yaşında olan Ləman aldadılaraq qaçırılıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub. İlkin araşdırmalar zamanı qızın 16 yaşını tamamladığı və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi müəyyən edilib. Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.
Qızı qaçıran Seymur Məmmədovun iki dəfə evli olduğu və boşandığı bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı