Abşeronda qadını öldürüb yol kənarına atan şəxslərdən biri SAXLANILDI - FOTO/VİDEO
Abşeron rayonunda doqquz gün əvvəl qadını qətlə yetirərək yol kənarına atan şəxslərdən biri saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yanvarın 10-da Abşeron rayonu Fatmayı kəndi ərazisində əsas yoldan kənarda üzərində zorakılıq əlamətləri olan 30-35 yaşlarında naməlum qadın meyiti tapılıb. Məlumat daxil olan kimi dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Qısa zamanda qətlə yetirilən şəxsin Cəlilabad rayon sakini Yenigül Rəhimova olduğu müəyyən edilib.
Abşeron Rayon Prokurorluğu, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Seymur Məmmədov saxlanılıb, həmin hadisədə iştirak edən daha bir nəfərin şəxsiyyəti isə müəyyən edilib.
Hazırda onun da saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü Seymur Məmmədov və tanışı paytaxtın Nizami rayonundakı kafelərdən birində işləyən tanışları Yenigül Rəhimova ilə görüşüblər.
Onlar şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı avtomobildə qadını qətlə yetiriblər. Daha sonra həmin şəxslər izi itirmək məqsədi ilə meyiti Seymur Məmmədovun yaşadığı Fatmayı kəndinin yaxınlığına gətirərək orada atıblar.
Qeyd edək ki, Seymur Məmmədov və hadisədə iştirak edən digər şəxs əvvəllər dəfələrlə məhkum ediliblər. Onlar cəzaçəkmə müəssisəsində olan zaman tanış olublar.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, bir müddət əvvəl Abşeron rayonunda qadının qətlə yetirilməsi barədə məlumat yayılmışdı.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı