Fransız deputat Azərbaycanın müdafiəsinə qalxdı

Fransız deputat Azərbaycanın müdafiəsinə qalxdı"Fransanın Respublikaçılar Partiyasının prezidentliyə namizədi Valeri Pekresin Qarabağ ərazisinə qanunsuz səfəri təxribat xarakterlidir".

Bunu Modern.az-a eksklüziv açıqlamasında Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber deyib.

Xankəndinin Azərbaycana məxsus olduğunu bildirən fransız deputatın sözlərinə görə, Fransada Ermənistan və Azərbaycan arasındakı vəziyyətlə bağlı müxtəlif fikirlər dolaşır:

"Pekresin Qarabağa səfəri təxribat xarakterlidir, çünki Xankəndi şəhəri beynəlxalq hüquqda Azərbaycan ərazisi kimi tanınır. Azərbaycan Fransa kimi dünyəvi ölkədir. Ona görə də hər bir ölkənin suverenliyinə hörmətlə yanaşılmalıdır. Fransanın nümayəndəsi olaraq beynəlxalq hüququn elementar normalarına hörmət etməyə borcludur, amma deyəsən, xırda nüanslar yaddan çıxıb. Hazırda Fransada iki ölkə barədə fikirlər müxtəlifdir. Bir tərəf Azərbaycanın, digər tərəf isə Ermənistanın tərəfindən çıxış edir".

Jerom Lamber Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drianın ölkənin Milli Assambleyasında Azərbaycanla bağlı xoşagəlməz çıxışına da münasibət bildirib:

"Dünən XİN tərəfindən Azərbaycana qarşı söylənən fikirlər, prezidentliyə namizəd şəxsin tərəfinin saxlanması erməni nöqteyi-nəzərindən "lehinə" hesablana bilər. Çünki erməni lobbisi Fransada düşündüyünüzdən daha çox aktivdir. Mediada böyük və nüfuzlu diaspordan qidalanan erməni lobbisi hazırlıqlıdır. Hətta bəzən onların fikirlərini qəbul etməyənləri hədələyirlər, bunun bir neçə dəfə şahidi olmuşam.

Azərbaycandan görünən Fransada rastlaşdığımız kifayət qədər paradoksal vəziyyəti, şübhəsiz ki, izah edən səbəb elə budur. Qarabağa qanunsuz səfər və Azərbaycana qarşı işlədilən ifadələr beynəlxalq hüquq baxımından diplomatik əlaqələrə zərbədir. Lakin biz bu gün Fransada çox balanssız olan siyasi ifadələrin şahidi oluruq".

Qeyd edək ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian ölkənin Milli Assambleyasında diplomata yaraşmayan çıxış edib. Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi fransız nazirin çıxışına cavab olaraq, bəyanat yayıb.

Bəyanatda vurğulanıb ki, XİN başçısı təxribatçı məqsədlərlə Azərbaycan Respublikası Prezidentini təhqir etməyə cəhd göstərən Milli Assambleyanın Respublikaçılar partiyasından olan Erik Siottiyə sərt cavab verilməli və ona həddi bildirilməli idi. Lakin nazir Lö Drian Azərbaycan Respublikası Prezidentinin Valeri Pekresin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirlərin "forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu" bildirib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1881   Tarix: 19 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesab edirə

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

8 noyabr
.

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

9 noyabr
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib. Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Draqan Vladisavljeviç Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsus

9 noyabr
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

8 noyabr
.

Prezident: "Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Video

"44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığını xatırlada

8 noyabr
.

İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

"Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliye

8 noyabr
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

8 noyabr