"O gecə getsin, bir də gəlməsin..." - Aybəniz Haşımova
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 32 il keçir. Bu faciəni anmaq üçün vətəndaşlarımız Şəhidlər Xiyabanını ziyarət etməklə yanaşı sosial şəbəkələrdə də həmin günlə bağlı xatirələrini bölüşürlər.
Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, məşhurlarımız da sosial media hesabında şəhidlərimizi anıblar. Əməkdar artist Aybəniz Haşımova "İnstagram" hesabında foto paylaşaraq həmin günü xatırlayıb:
"İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.
O gecə getsin, bir də gələsin. İndiyə kimi nə gözlərimin önündən, nə də qulaqlarımdan gedir o səslər. İlahi, necə çığırırdı insanlar, onlar uf demədən qarşısına keçəni biçirdilər. Eyvanda Dostu mamanı tək qoymamaq üçün yanında dayanmışdım. O, isə Rauf Səlimbəyli oğlunu haray çəkib çığırıb, ağlıyırdı. Elə bilirdi ki, oğlu da tankın üstündəki cəlladların gülləsinə tuş gəlib. Birdən gördülər ki, eyvanda insanlra onları kameraya çəkir və elə o zaman eyvanlara da atmağa başladılar. Vəhşilər nə qədər eyvanlarda dayanan insan var idi onları da əzrayıl güllələrinə qurban verdilər. Səhəri gün Dostu mamayla düşdük küçəyə və Şamaxinkadan aşağı bütün yollar qana bürünmüşdü. Şəhər sanki ölmüşdü. Hər 20 Yanvar tarixini xatırlayanda o günün acısı bütün ürəyimi didir, yandırır. O yanğı hələ də qəlbimdə Şəhidlər xiyabanında yanan məşəl kimi ürəyimdə yanır. Və mənimlə haqq dünyama gedəcək millətimə əl qaldıran, o əmri verən, o əmrə dəstək olan canilərin əlləri, beyinləri qurusun".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser
4 oktyabrKeçmiş həyat yoldaşından "Yeraltı"nın ulduzu barədə etiraf
Türkiyəli aktrisa Melis İşiten 2019-cu ildə boşandığı Uraz Kaygılaroğlu ilə münasibəti barədə illər sonra diqqətçəkən açıqlamalar verib. xarici mediaya istinadən xəbər verir ki, proqramlardan birinə qonaq olan İşiten keçmiş həyat yoldaşı ilə hazırda çox yaxşı dost olduqlarını və qızları Ada üçün birlikd
29 sentyabrEvliliyin ikinci ili
41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib. OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: "İldönümümü
28 sentyabrTolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...
Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc
11 oktyabr10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl
27 sentyabrRöya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
1 oktyabr"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti
Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasını dəyişmişdi
25 sentyabr