Anası gözü qarşısında öldürülən qız: "Atam 2 yaşlı qardaşımı döyüb qarın üstünə atmışdı"
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elçin Ələkbərovun cinayət işi üzrə məhkəmə iclasında şahidlər ifadə verib.
"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Sevil Ələkbərova bildirib ki, təqsirləndirilən şəxsin qızıdır.
O deyib ki, ailə üzvləri atası E.Ələkbərov tərəfindən dəfələrlə işgəncələrə məruz qalıb:
"Atam həmişə bizi incidib. O, hər hansı vəziyyətdən asılı olmayaraq, bizi döyürdü. İmkan vermirdi ki, anamı qucaqlayaq. Anamla aralarında mübahisə hər zaman aliment üstündə düşürdü. Qardaşımın 2 yaşı olanda onu döyüb qarın üstünə atmışdı. Biz onunla yola getmirdik deyə Gəncədən Bakıya nənəmgilə gəldik. Atam ölümlə təhdid etdiyinə görə biz ondan ayrı yaşamağa başladıq".
Təqsirləndirilən şəxs isə qızının ona qarşı səsləndirdiyi ittihamları qəbul etmədiyini bildirib.
Daha sonra qətlə yetirilən Nailə Əliyevanın anası Dilbər Əliyeva şahid qismində ifadə verilib. O, hadisəsinin birbaşa şahidi olmadığını deyib:
"Qızım bizə qaçıb gəlmişdi. Nailə ilə Elçinin rəsmi nikahı olmasa da ayrılmışdılar. Qızım "Rus dili" müəllimi idi. Təxminən saat 14:00-da dərsə getdi. Nailə hər gün dərsə gedəndə Elçin onu izləyirmiş".
D.Əliyeva söyləyib ki, hadisə zamanı E.Ələkbərov N.Əliyevanı nəvəsi Aydının yanında qətlə yetirib:
"O, əvvəl Nailənin saçından tutub başını daşa vurub. Sonra nəvəmi itələyib, qızımı bıçaqlayıb. Nəvəm qışqıra-qışqıra içəri girərək anasının öldürüldüyünü deyib. Məndə olan məlumata görə, Elçin qızımı bıçaqla qətlə yetirib taksi ilə qaçıb. Hadisəni eşidən kimi özümüzü xəstəxanaya çatdırdıq. Qızımın həyatını xilas etmək mümkün olmadı. Məhkəmədən Elçinə ömürlük cəzanın verilməsini xahiş edirəm".
Məhkəmənin növbəti iclası fevralın 4-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2021-ci ilin iyulunda paytaxtın Binəqədi rayonunda baş verib.
Belə ki, Özbəkistan vətəndaşı, 1980-ci il təvəllüdlü E.Ələkbərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı, 1975-ci il təvəllüdlü Nailə Əliyevanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
E.Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 3141 Tarix: 21 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsus
22 sentyabrAmansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, Fatiməni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Amansızlıqla qətl
8 oktyabrToyda qohumlar dalaşdı, xəsarət alan var
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb
12 oktyabrBərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları - Video
Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir. qətlə yetirilən 26 yaşlı E.Rüstəmovun fotolarını təqdim edir:. 11:00. Bərdə rayonunun Mollaəhmədli kəndində 26 yaşlı Elnur Rüstəmovun öldürülməsini təfərrüatı bilinib. Baku TV-y
1 oktyabrAzərbaycanda icra başçısı cərimələndi
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla bağlı inzibati protokol tərtib olunub. -a istinadən xəbər verir ki, icra başçısı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermi
27 oktyabrMeşədə yanmış meyiti tapılan şəxs məmur imiş - Foto
Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb. Ölkə.az-a istinadən xəbər verir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış. Hadisənin təfərrüatı hələlik məlum deyil. "Qafqazinfo"nu
3 noyabrMirasdan məhrum edilən Türkan Gündüzün əri imiş
Xəbər verdiyimiz kimi, Nizami Rayon Məhkəməsi həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. "Qafqazinfo"nun məlumatına görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz olub. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətd
14 oktyabr