Ukrayna böhranı: Daha bir güc hədəfdədir – TƏHLİL

Ukrayna böhranı: Daha bir güc hədəfdədir – TƏHLİLUkrayna böhranının qlobal tərəflərinin strateji baxışının mayasını o təşkil edir ki, bu münaqişədən maksimum qazanclı çıxmaq üçün diplomatik tərzi sərtləşdirsinlər.

Diplomatik təmaslar nəticə verməsə, qlobal səhnəyə müharibə ssenarisi gələcək, amma qarmaqarışıq və həssas situasiya döyüşlərin hansı perspektiv açacağını da sual altına qoyur.

Məqsəd və vasitələri, strateji hədəfləri riyazi dəqiqliklə ölçüb-biçmək çətindir, məsələni qəlizləşdirən isə səhnə arxasındakılarının "pıçıltıları"dır.

İndi Ukrayna ətrafında yaranan gərginlik bir-birinin qulağına pıçıldayan strateqlərin oyun nişanələrini siyasi üfüqlərdə müşahidə edilə biləcək səviyyədə nümayiş etdirir.

Ukrayna böhranı həm də digər gücün zəifləməsinə yönələn cəhdlər konsepsiyasıdır.

Ukrayna münaqişəsindən bəhs edərkən Çin amilinə toxunmamaq oyun qaydalarının qat-qat dərində yatan mahiyyətini gün işığına çıxarmayacaq.

Öncəliklə qeyd edək ki, Çin həm ortamüddətli, həm də uzunmüddətli prioritetlərini təyin edən oyunçudur.

Ancaq nədənsə onun prioritetlərinin mərkəzində dayanan məzmunu oxumaq digər qlobal oyunçular üçün çətindir.

Çinin strateji vizyonu "Bir kəmər, bir yol" təşəbbüsündə öz əksini tapır, Pekin Ukraynanı bu layihədə əsas tranzit potensialına malik ölkə kimi dəyərləndirir. Yəni Çin Avropa ilə iqtisadi əlaqələrinin həcmini genişlətmək üçün Ukraynadan yararlanmaq istəyir, bununla da yaranacaq yeni alətlərlə ekspansiyasını genişləndirməyi hədəfləyir.

Çinin iqtisadi mexanizmlərlə ekspansiyasının qarşısına Qərbdə iki əsas güc çıxır – Britaniya və ABŞ.

Ukrayna münaqişəsinin hərbi eskalasiya həddinə çatması, Qərbin strateji planlarına daxildir, çünki bu müharibə digər gücləri çökdürmək üçün sanksiya dalğasının yaranmasına səbəb verər.

Çin isə "mehriban düşmən" münasibətində olduğu Rusiyaya Ukrayna məsələsində "yaşıl işıq" yandırır, çünki Pekində bu fikir hakimdir ki, Rusiya Ukrayna ilə müharibə etsə, bu, Çin üçün əlavə imkanlar açacaq.

Çin hazırki böhranın ABŞ və NATO-nun genişlənmək aləti üçün əsaslar yaradan ideyalardan qaynaqlandığını bilir və atılan "daşların" öz bostanına da düşəcəyindən qorxur.

Bu qorxunu dərinləşdirən digər amil isə böyük planın bir hissəsi kimi görünən Tayvan mövzusunda Qərbin Çini öz orbitinə sıxışdırmaq cəhdləridir.

Buna görə də, Rusiya-Çin "müttəfiqliyi" belə situasiyada "müqəddəs akta" çevrilir.

Ukrayna indi böyük bir kitabın yalnız bir neçə səhifəsini əhatə edir, sonrakı səhifələrin yazılması isə Qərb-Rusiya-Çin qarşıdurmasının hansı səviyyədə qurulacağından asılıdır.

Bu fikirlərlə yola çıxsaq, hədəflərə dair aşağıdakı nəticələri çıxara bilərik:

1. Ukraynada müharibə başlasa, Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalar Çini də hədəf taxtasına gətirəcək. Bu, Çini öz tərəzisinin gözünü Qərbə tərəf əyməsi üçün təzyiq vasitəsidir,

2. Çinin tutacağı mövqe yeni eskalasiya yollarını formalaşdıracaq və iqtisadi-siyasi təcridin miqyasını müəyyənləşdirəcək.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2513   Tarix: 23 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

8 noyabr
.

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

9 noyabr
.

Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib - YENİLƏNİB+Foto

Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. 14:57. Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcə

8 noyabr
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

8 noyabr
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

8 noyabr
.

Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesab edirə

8 noyabr
.

Brüsseldə Zəfər Günü qeyd olunub

Zəfər Günü münasibətilə Brüssel Azərbaycan Evində Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib. "Report"un Avropa bürosunun məlumatına görə, tədbir ölkənin Belçikadakı səfirliyini

9 noyabr
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

8 noyabr