Fatma Səttarova: "Bu gün həyatımda ən dəyərli hədiyyəni aldım"

Fatma Səttarova: "Bu gün həyatımda ən dəyərli hədiyyəni aldım"Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanın 100 yaşı tamam olur. Bu gün Prezident İlham Əliyev bu münasibətlə onu təbrik edib və "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, 1922-ci ildə Bakıda anadan olan Fatma Səttarova ölkəmizin ictimai həyatında yaxından iştirak edib gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, layiqli vətəndaşlar kimi yetişməsinə töhfələr verib.

44 günlük Vətən müharibəsi zamanı təmsil etdiyi Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlətimizin, ordumuzun yanında olub, qazilərimizə, şəhid ailələrinə mənəvi dəstək verib, diqqət və qayğı göstərib.

Modern.az-ın əməkdaşı 100 yaşını qeyd edən Fatma Səttarova ilə əlaqə saxlayaraq, onun yubiley təəssüratlarını öyrənib.

- Sizi yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm cansağlığı arzulayırıq. Bilmək istərdik, 100 illiyinizi necə qeyd edəcəksiniz?

- Təbrikə görə minnətdaram. Hər şey qaydasındadır. Yubileyimi sabah Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında kollektivimlə birgə qeyd edəcəyəm.

- Fatma xanım, ailə üzvləriniz doğum gününüzə necə hazırlaşır? 100 illik yubileyinizi ilk kim təbrik etdi?

- Mənim 4 övladım olub. Onlardan biri artıq 1 ildir ki, dünyadan köçüb. Digər oğlumun isə 40-ı hələ çıxmayıb. 11 nəvəm, 25 nəticəm var. Onlar da mənim üçün çox dəyərlidirlər.

- Bilmək istərdik, bu yaşınıza qədər aldığınız ən dəyərli hədiyyə nə olub?

- Bu yaşıma qədər aldığım ən gözəl hədiyyə cənab Prezident İlham Əliyevin məni təltif etdiyi "İstiqlal" ordeni oldu. Bundan gözəl, dəyərli heç nə ola bilməz. Bu ömür mənə Allah tərəfindən verildi, Prezidentimiz də gördüyüm işlərə görə yubileyim münasibətilə məni təltif etdi. Bu gün həyatımda ən dəyərli hədiyyəni aldım. Bundan gözəl hədiyyə ola bilməz.

- Geridə qalan illər ərzində xatirənizdən silinməyən hansı hadisələr olub? Hələ də unuda bilmədiyiniz məqamları yada salıb, keçmişə qayıdırsınızmı?

- Həyatımda o qədər hadisələr olub ki?! Ağır müharibələrin və zəfərin şahidi olmuşam. Ağır müharibə illərindən sonra iki universitet oxudum. Dörd balam dünyaya gəldi, onları böyütmüşəm, ali təhsil vermişəm. Vətənimin oğullarına, qızlarına xidmət etmişəm. Hər zaman çalışmışam ki, insanlara xeyrim dəysin, köməklik edim. Bu əməllərimlə gəlib 100 yaşıma çatmışam. Allah hamıya uzun ömür, cansağlığı nəsib eləsin. Həmişə xoş günlər yaşayaq, həyatımızın unudulmaz çağları yalnız xoş günlər olsun. Doğum günümü təbrik edən hər kəsə təşəkkür edirəm.

Qeyd edək ki, Fatma Hüseyn qızı Səttarova‎ 1922-ci ilin yanvar ayında Bakı şəhərində anadan olub. O, 1941-ci ildə - İkinci Dünya müharibəsi zamanı tibb bacısı kimi könüllü cəbhəyə yollanıb. Alman faşizminə qarşı döyüşlərdə şücaət göstərib.

F.Səttarova uzun illər rəhbər vəzifələrdə çalışıb. O, xeyli müddət müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin ötən il yanvarın 16-da keçirilən iclasında F.Səttarova təşkilatın sədri vəzifəsinə seçilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1255   Tarix: 24 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr