SMS icazə, maska və SƏRT KARANTİN geri qayıdır? - AÇIQLAMA
Ölkəmizdə yoluxma sayı getdikcə artır. Bu da, təbii olaraq, insanları narahat edir. Yoluxma kəskin artsa, SMS icazə, açıq havada maska taxmaq zərurəti və sərt karantin geri qayıda bilərmi?
Məsələ ilə bağlı Sonxeber.az-a infeksionist Vüqar Cavadzadə açıqlama verib.
O bildirib ki, qapanmaya getmənin heç bir mənası yoxdur, çünki yenidən yumşalmalar olan kimi yoluxma sayı da artacaq:
"Hazırkı dönəmdə Azərbaycanda sərt karantinə və ya "SMS icazə" xidmətinin tətbiq olunmasına ehtiyac görmürəm. Çünki yoluxma sayı 4500-4800 civarında olanda belə, sərt qapanmalara gedilmədi və "SMS icazə" xidməti bərpa olunmadı.
Bu səbəbdən dünənki 1600 yoluxma ilə sərt karantinə getməyə ehtiyac yoxdur. Sərt karantin tətbiq olunması da indiki dönəmdə bir çıxış yolu deyil.
Ölkədə 3 dəfə sərt karantin tətbiq edildi və yumşaldılma olan kimi yenidən artımlar müşahidə olunmağa başladı. Əgər növbəti həftələrdə, aylarda kəskin artımlar müşahidə olunsa, o zaman bəzi sahələrdə nisbətən sərtləşmələrə getmək olar.
Qapalı yerlərdə maskadan istifadə məcburidir. Gündəlik yoluxma 5 mindən artıq olsa, açıq havada da maska taxılmaq tələbi qoyula bilər. Amma tamamilə sərtləşdirilmə, evdən çıxmaq üçün SMS icazə almaq, hesab edirəm ki, çıxış yolu deyil.
Ölkədə artıq epidemik alovlaşma başlayıb. Bəzi həmkarlarımız buna növbəti dalğa da deyirlər.
Hazırda yoluxma sayı 1600 civarında olsa da, bu hal səhiyyəmizi silkələyəcək bir səviyyə deyil. Bizim kifayət qədər çarpayı fondumuz var və reanimasiyanın da, səhv etmirəmsə, ümumi olaraq 20 faizində xəstə var. Bu gün üçün ciddi bir qorxu yoxdur".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 10031 Tarix: 25 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabr