Orfoqrafiya lüğətinin dəyişməsinə səbəb nədir? - AÇIQLAMA
Bütün başqa lüğətlər kimi, orfoqrafiya lüğətləri də öz dövrünün dil mənzərəsini əks etdirir. Odur ki, lüğətin tərtibi zamanı dilimizin bütün üslublarının lüğət tərkibləri nəzərdən keçirilir, işlənmə tezliyindən asılı olmayaraq, bütün sözlər, bu cərgədən bütün terminlər lüğətə daxil edilir. Dil, ilk öncə onun lüğət tərkibi daim inkişafda, dəyişmə halındadır. Ona görə də yazı dili normalarını təsbit edən lüğətlərin hər 5 ildə bir dəfədən az olmayaraq nəşr olunması nəzərdə tutulur. Orfoqrafiya lüğətinin son illərdə tez-tez dəyişməsinə səbəb nədir?
Məsələ ilə bağlı Sonxeber.az-a dilçi alim Şahlar Göytürk açıqlama verərək bu cür dəyişmələrin labüd olduğunu qeyd edib.
Onun fikrincə, hazırda dilimizə yeni sözlərin daxil olması, istədiyimiz, axtardığımız sözü asanlıqla tapmağımıza kömək edir:
"Orfoqrafiya lüğəti tərtib olunarkən bəzi sözlər cəmiyyətin müzakirəsinə verilməlidir və uyğun olan söz lüğtə salına bilər. Hazırda elə bir dövrdə yaşayırıq ki, istər jurnalist, istər müəllim və ya şagird - istənilən hər kəs hansısa sözü axtararkən internetdə onu asanlıqla tapa bilməlidir.
Ziyalı potensialı kifayət qədərdir, texniki cəhətdən müəyyən problemlər var ki, onların həlli yazılanların elektron müstəviyə gəlməsinə, bununla da hər kəs üçün əlçatan olmasına yardım edəcək".
Qeyd edək ki, Azərbaycan dilinin orfoqrafiya lüğətinin yenidən tərtibatı ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutundan verilən məlumata görə, lüğət müasir informasiya texnologiyalarının imkanlardan istifadə edilməklə hazırlanacaq.
Xatırladaq ki, təkmilləşdirilmiş formada yeni lüğətin 2022-ci il ərzində çap olunması nəzərdə tutulub.
Aygün Osmanlı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı