Atası Göyçayda fermada intihar etdiyi deyilən qızının öldürüldüyünü iddia edir

Atası Göyçayda fermada intihar etdiyi deyilən qızının öldürüldüyünü iddia edirGöyçayda fermada asılmış vəziyyətdə aşkar edilmiş 29 yaşlı Münəvvər Məmmədovanın valideynləri onun qəsdən öldürüldüyünü iddia edir.

Mərhumun atası Şamil Novruzov APA-ya açıqlamasında bildirib ki, hadisə bu il yanvarın 6-da səhər saatlarında baş verib. Qızının qayınanası Nurbahar Məmmədova onlara zəng edərək, Münəvvərin böyrək çatışmazlığından vəfat etdiyini deyib: "Mən ailəmlə Bakıda yaşayıram. Yanvarın 6-da günorta qızımın qayınanası mənə zəng edərək Münəvvərin vəfat etdiyini dedi. Axşam saat 10-da onların yaşadığı İsmayıllı rayonu Kürd Eldarbəyli kəndinə çatdım. Mən ora çatanda qızımı tələsik dəfn etməyə hazırlaşırdılar. Dedilər, qəbir də qazılıb, hər şey hazırdır.

Mən müdaxilə edəndə kənd camaatı üstümə gəldi ki, mane olmayım. Sonra kəndin həkimi Ağasəlim gəldi, dedi ki, bu kəndin ekspertizasına o baxır, qızım yatıb oyanmayıb. Mən yenə israr etdim ki, sən buna əminsənmi? Yüz faiz əmin olduğunu söylədi. Yenə də mən qızımı dəfn etməyə imkan vermədim. Daxili İşlər Nazirliyinin "Qaynar xətti"nə zəng edib məlumat verdim. Qızımın qayınanası Nurbahar mənə yalvardı ki, zəng elə, polisi geri qaytar. Polislər gələndən sonra qızımın əri Sahil Məmmədovu saxladılar. Sahildən sonra Göyçaydakı fermada qalan 5 yaşlı qızını da gətirib ifadəsini aldılar. Qızımın nəşini isə İsmayıllı rayonunun morquna apardılar".

Şamil Novruzovun sözlərinə görə, ekspertizadan sonra qızının özünü asaraq intihar etdiyi bildirilib: "Ekspertiza zamanı həkimlərdən biri isə qardaşıma deyib ki, bu qızı asıb öldürüblər. Meyiti gətirib Bakıda dəfn etdim. Mənə deyirlər ki, qızım intihar edib. Lakin mən bilirəm ki, qızım heç vaxt intihar etməz. Onun üç azyaşlı övladı var. Bundan başqa, asılan adamda ip dairəvi bağlanır, boğazda qalır, bunda isə ip boğazından alnına kimi gedib".

Şamil Novruzov qızına evlilik müddətində ailə üzvləri tərəfindən işgəncə verildiyini iddia edir: "Münəvvər o fermada əzab çəkib. Qaynı Habil Məmmədov hadisədən bir neçə gün əvvəl qızımı boğub, sonra da döyüb, pəncərədən atmışdı. Qızıma bizimlə telefonla danışmağa da icazə vermirdilər. Hər dəfə fürsət düşəndə, deyirdim, qayıt gəl evə, deyirdi ki, üç uşağı var, necə gəlsin?"

Münəvvər Novruzovanın anası Zeynəb Novruzova da ərinin dediklərini təsdiq edərək qızının öldürüldüyünü iddia edir.

Münəvvər Məmmədovanın ölüm səbəbi ilə bağlı yanlış rəy verdiyi iddia olunan Kürd Eldarbəyli kənd tibb məntəqəsinin baş həkimi Ağasəlim Ağayev APA-ya bildirib ki, ümumiyyətlə, mərhumu müayinə etməyib, yatıb, oyanmamasını isə ailə üzlərinin söylədiklərinə əsasən deyib: "Məndən kənd icra nümayəndəsi də, müstəntiq də soruşdu. Onlara da dedim ki, ölüm səbəbi ilə bağlı ilkin rəyi Münəvvər Məmmədovanın ailə üzlərinin dediklərinə istinadən vermişəm".

APA-nın əməkdaşı Münəvvər Məmmədovanın həyat yoldaşı ilə də danışıb. M. Məmmədovanın həyat yoldaşı Sahil Məmmədov hadisə ilə bağlı həm özü, həm də anasının prokurorluqda ifadə verdiklərini bildirib. S.Məmmədov həyat yoldaşının başqa biri ilə münasibətinin olduğunu da iddia edib: "Minəni başqa adamla danışanda tutmuşam, mesajları da durur. Ölüm səbəbini gizlətməyimə gəlincə, bunun cavabını prokurorluqda vermişəm".

Araşdırma zamanı diqqət çəkən bir məqama - hadisə ilə bağlı Kürd Eldarbəyli kənd tibb məntəqəsinin baş həkimi Ağasəlim Ağayevin səhv rəy verməsinin təsdiqini tapmasına gəlincə, qanunvericiliyə əsasən, tibb məntəqəsinin həkimi hər hansı şəxsin ölüm səbəbi ilə bağlı rəy verə bilməz, bu, birbaşa Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin səlahiyyətindədir.

Tanınmış cərrah, professor Adil Qeybulla da açıqlamasında bildirib ki, qanunvericiliyin bu tələblərini pozaraq yanlış rəy vermiş həkim məsuliyyətə cəlb oluna bilər.

Faktla bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, qeyd olunan faktla bağlı hazırda Göyçay Rayon Prokurorluğunda tam və hərtərəfli araşdırma aparılır. Nəticəsindən asılı olaraq hüquqi qiymətin verilməsi təmin ediləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1760   Tarix: 25 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr