Azərbaycanda mənimsəmədə təqsirləndirilən vəzifəli şəxs ölüb
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin mənimsəmədə təqsirləndirilən sabiq sədri Xanlar İsmayılov vəfat edib.
"Report" xəbər verir ki, bu barədə X.İsmayılovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində bildirilib.
Belə ki, Bərdə Rayon Məhkəməsində araşdırılan cinayət işində təqsirləndirilən şəxsin istintaq dövründə - 2021-ci ilin noyabr ayının 1-də kəskin respirator çatışmazlığı xəstəliyindən öldüyü qeyd edilib.
Məhkəmənin qərarı ilə X.İsmayılovun cinayət işinə xitam verilib.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin sədri olmuş, 1958-ci il təvəllüdlü X.İsmayılov 2021-ci ilin may ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Aparılan ilkin istintaqla X.İsmayılov 2012-ci ildən işlədiyi müddət ərzində ünvanlı sosial yardım almaları üçün qanunvericiliklə müəyyən edilən tələbin - rəsmi iş yerinin olmasının təmin edilməsi ilə əlaqədar ona müraciət edən müxtəlif şəxslərin adlarını işçi kimi rəsmiləşdirmək müqabilində onların əmək haqqı kartlarını özündə saxlamaqla, həmin əmək haqqı kartlarına daxil olan vəsaiti hər ay nağdlaşdıraraq, külli miqdarda pul vəsaitini mənimsəyib.
İstintaq dövründə X.İsmayılovun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (Mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4-cü (Mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3523 Tarix: 25 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabr