"Oğlanlarımdan birinin hələ 40-ı çıxmayıb..."

"Oğlanlarımdan birinin hələ 40-ı çıxmayıb..."Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanın 100 illiyi münasibətilə onu "İstiqlal" ordeni ilə təltif edib.

"Qafqazinfo"nun məlumatına görə, modern.az 100 yaşını qeyd edən Fatma Səttarova ilə əlaqə saxlayaraq, onun yubiley təəssüratlarını öyrənib.

- Sizi yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm cansağlığı arzulayırıq. Bilmək istərdik, 100 illiyinizi necə qeyd edəcəksiniz?

- Təbrikə görə minnətdaram. Hər şey qaydasındadır. Yubileyimi sabah Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında kollektivimlə birgə qeyd edəcəyəm.
- Fatma xanım, ailə üzvləriniz doğum gününüzə necə hazırlaşır? 100 illik yubileyinizi ilk kim təbrik etdi?

- Mənim 4 övladım olub. Onlardan biri artıq 1 ildir ki, dünyadan köçüb. Digər oğlumun isə 40-ı hələ çıxmayıb. 11 nəvəm, 25 nəticəm var. Onlar da mənim üçün çox dəyərlidirlər.

- Bilmək istərdik, bu yaşınıza qədər aldığınız ən dəyərli hədiyyə nə olub?

- Bu yaşıma qədər aldığım ən gözəl hədiyyə cənab Prezident İlham Əliyevin məni təltif etdiyi "İstiqlal" ordeni oldu. Bundan gözəl, dəyərli heç nə ola bilməz. Bu ömür mənə Allah tərəfindən verildi, Prezidentimiz də gördüyüm işlərə görə yubileyim münasibətilə məni təltif etdi. Bu gün həyatımda ən dəyərli hədiyyəni aldım. Bundan gözəl hədiyyə ola bilməz.
- Geridə qalan illər ərzində xatirənizdən silinməyən hansı hadisələr olub? Hələ də unuda bilmədiyiniz məqamları yada salıb, keçmişə qayıdırsınızmı?

- Həyatımda o qədər hadisələr olub ki?! Ağır müharibələrin və zəfərin şahidi olmuşam. Ağır müharibə illərindən sonra iki universitet oxudum. Dörd balam dünyaya gəldi, onları böyütmüşəm, ali təhsil vermişəm. Vətənimin oğullarına, qızlarına xidmət etmişəm. Hər zaman çalışmışam ki, insanlara xeyrim dəysin, köməklik edim. Bu əməllərimlə gəlib 100 yaşıma çatmışam. Allah hamıya uzun ömür, cansağlığı nəsib eləsin. Həmişə xoş günlər yaşayaq, həyatımızın unudulmaz çağları yalnız xoş günlər olsun. Doğum günümü təbrik edən hər kəsə təşəkkür edirəm.

Qeyd edək ki, Fatma Səttarova‎ 1922-ci ilin yanvar ayında Bakı şəhərində anadan olub. O, 1941-ci ildə - İkinci Dünya müharibəsi zamanı tibb bacısı kimi könüllü cəbhəyə yollanıb. Alman faşizminə qarşı döyüşlərdə şücaət göstərib. F.Səttarova uzun illər rəhbər vəzifələrdə çalışıb. O, xeyli müddət müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin ötən il yanvarın 16-da keçirilən iclasında F.Səttarova təşkilatın sədri vəzifəsinə seçilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1558   Tarix: 26 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr