Azərbaycanlı alim Rusiyada yüksək vəzifəyə təyin edildi
Onkologiyanın yüksək texnoloji sahələri üzrə aparıcı ekspert, tibb elmləri doktoru, tanınmış rusiyalı cərrah və koloproktoloq Rasim Tamrazov Tümendə Tibb Şəhərinin rəhbərliyinə gətirilib.
Bu barədə regional səhiyyə idarəsi məlumat yayıb.
R.Tamrazov 25 il ərzində Rusiya Federasiyası Səhiyyə Nazirliyinin N.N.Bloxin adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzində çalışıb. O, onkologiyanın yüksək texnologiyalı sahələrində aparıcı mütəxəssis səviyyəsinədək yüksələ bilib. Tamrazov həmçinin Rusiya Kolorektal Xərçəng Mütəxəssisləri Cəmiyyətinin yaradıcılarından biridir.
Onun rəhbərliyi altında Həkimlər üçün praktiki nəşr hesab edilən "Kolorektal xərçəng üzrə qısa bələdçi", eləcə də Böyük Britaniya və İrlandiya Koloproktoloqlar Assosiasiyasının Avropa klinik qaydalarına əlavə sayılan "Yoğun bağırsaq xərçənginin müalicəsi üçün tövsiyələr"inin rus dilli versiyası işıq üzü görüb.
R.Tamrazov rusiyalı cərrahlar, onkoloqlar, proktoloqlar üçün bir sıra təhsil proqramları və ustad dərsləri, həmçinin xərçəng xəstələri üçün bir sıra təlim proqramları hazırlayıb. Həkim 90-dan çox elmi əsərin müəllifidir.
2021-ci ildə həkim Tamrazov ən böyük tibb müəssisələrindən birinə rəhbərlik etmək və regionda onkoloji yardımın inkişafını davam etdirmək üçün Tümen vilayətinə dəvət olunub. O, yanvarın 24-dən etibarən çoxprofilli klinik tibb mərkəzi olan "Tibb Şəhəri"nin direktoru vəzifəsini icra etməyə başlayıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı