İsrail Azərbaycan əsilli müharibə veteranını qəhrəman elan edib - FOTO
Bir zamanlar Azərbaycanda yaşayaraq sonradan İsrailə köçmüş İkinci Dünya müharibəsi veteranı Giorgi Ginzburq bu ölkənin Ədliyyə Nazirliyi tərəfindən antifaşist döyüşçü kimi tanınıb.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu haqda İsrail mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, o, müharibə zamanı sovet ordusu sıralarında bir sıra qəhrəmanlıqlar göstərib. Giorgi Ginzburq İkinci Dünya Müharibəsi qəhrəmanı kimi tanınıb və bir sıra imtiyazlar əldə edib.
103 yaşlı Giorgi Ginzburg ötən əsrin 90-cı illərinin sonlarına qədər Azərbaycanda yaşayıb. Sonra isə İsrailə köçüb. Ginzburq İsraildə 30 ildən çox yaşasa da, bu yaxınlarda II Dünya Müharibəsi veteranlarına verilən "Nasistlərə qarşı döyüşçü" medalı üçün müraciət edib.
"Ginzburq Azərbaycandan İsrailə gəlsə də, müharibə zamanı sovet ordusunun tərkibində döyüşsə də, İsraildə İkinci Dünya Müharibəsi qəhrəmanı kimi qəbul olunaraq bir sıra imtiyazlara malik olacaq", İsrail mətbuatı vurğulayıb.
Yerli mətbuat həmçinin qeyd edib ki, Ginzburqun sıralarında cəsarətlə döyüşdüyü ordu Avropa döyüş meydanında müttəfiqlərin ən böyük quru qüvvələrinin qələbəsini və Almaniyanın paytaxtı Berlini ələ keçirilməsini təmin edib.
İsrailin Ədliyyə Nazirliyi bildirib II Dünya Müharibəsi zamanı sovet ordusu sıralarında bütün Avropada döyüşən, 1990-cı illərdə Azərbaycandan İsrailə mühacirət edən 103 yaşlı Giorgi Ginzburg bu yaxınlarda öz hüquqlarının bərpası üçün nazirliyə müraciət edərək hüquqi yardım istəyib. O, aylıq müavinət və əlavə ödənişlər almaq hüququ qazanıb.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı