Məktəbdə daha bir rəzalət: Direktor rüşvət verməyən müəllimi otaqdan qovdu
Azərbaycanda məktəb direktorunun müəllimdən rüşvət istəməsinə dair səs yazısı yayılıb.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, söhbət Ağstafa rayonu Aşağı Kəsəmən tam orta məktəbinin direktoru Mətanət Məmmədovadan gedir. Səs yazısına əsasən, direktor məktəbin müəllimi Vüsalə Məmmədovadan əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edir. V. Məmmədova isə imkanı olmadığını deyərək, pulu verə bilməyəcəyini bildirir.
Bundan sonra, direktor həmin müəllimi otaqdan qovur və bu barədə hardasa danışacağı təqdirdə onu cəzalandıracağı ilə hədələyir.
Şikayətçi müəllim Vüsalə Məmmədova Lent.az-a açıqlamasında yayılan səs yazısının ona məxsus olduğunu təsdiqləyib. O, bidlirib ki, direktor Mətanət Məmmədova özü də daxil olmaqla əksər müəllimlərdən əlavə dərs saatlarına görə 100 manat pul tələb edir.
Şikayətçi məsələ ilə bağlı rayon Təhsil Şöbəsinə və Təhsil Nazirliyinə şikayət etdiklərini bildirib.
İddiaya münasibət bildirmək üçün məktəb direktoru Mətanət Məmmədova ilə əlaqə saxlamaq mümkün olmadı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4234 Tarix: 27 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabr