İstedadlı əlillər üçün elektron portal yaradılacaq
"Həssas qruplarla bağlı həyata keçirilən layihələr birdəfəlik yox, davamlı, iş yerlərinə qədər gedib çıxan olmalıdır".
Sonxeber.az-ın "Report"-a istinadən verdiyi məlumata görə, bunu korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
O deyib ki, həssas qruplardan olan şəxslər özləri qazanmalı, rifahlarını təmin edə bilməlidirlər: "İstedadlı əl işi olan əlillər üçün elektron portal yaradılacaq. Həmin əl işlərinin satışı üçün də imkan yaradılacaq".
Nazir deyib ki, həssas qruplarla bağlı görüləcək işlər əlaqəli olmalıdır: "Çalışmaq lazımdır ki, sosial dəstək layihələri ədalətli bölünsün. Bəzən məlumat boşluğu olanda, tam koordinasiya olmayanda bir ailəyə, bir şəxsə 3 ayrı qurum dəstək göstərir, ancaq eyni vəziyyətdə olan digər ailəyə heç kim dəstək göstərmir.
Ona görə də əlaqələndirmənin düzgün qurulması, ümumi məlumat bazasının yaradılması önəmlidir. Artıq belə bazamız mövcuddur.
2020-2021-ci ildə dəstək göstərilən 300 min şəxsin siyahısı həmin bazada var. Çatışmazlıqlar yenə də var. Bunu da aradan qaldırmaq üçün müxtəlif alətləri birgə icra etmək qarşıda duran əsas hədəflərdəndir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1117 Tarix: 27 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr