"Süd Yolu" qalaktikasında fırlanan QORXUNC obyekt tapıldı
Avstraliyalı alimlər "Süd Yolu"nda əvvəllər görülən heç bir şeyə bənzəməyən naməlum fırlanan obyekt aşkar ediblər.
Sonxeber.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bu obyekt ilk dəfə "Curtin" Universitetinin Fəxri tələbəsi Tayron O'Doherti tərəfindən kəşf edilib.
O, bunu teleskop və inkişaf etdirdiyi yeni texnika vasitəsilə edib. Obyektdə hər 18 dəqiqədən bir, tam bir dəqiqə davam edən böyük bir radio enerjisi partlaması müşahidə olunub.
Qeyd edək ki, kainatda nəbz enerjisi yaradan obyektlər tez-tez sənədləşdirilir. Lakin tədqiqatçılar deyirlər ki, bir dəqiqə ərzində yanan bir şey olduqca qeyri-adidir.
Universitet tələbəsi kəşfi sənədləşdirən "ICRAR"ın press-relizində bildirir ki, naməlum obyekt onların müşahidəsi zamanı bir neçə saat ərzində peyda olub, sonra isə yoxa çıxıb:
"Bu, tamamilə gözlənilməz idi. Astronom üçün bir növ qorxulu idi, çünki səmada bu nəyin etdiyi məlum deyil.
Kainatda açılan və sönən cisimlər astronomlar üçün yeni deyil - onları "keçici" adlandırırlar".
Astrofizik Dr. Gemma Anderson, həmçinin, həmin obyektin həqiqətən qəribə olduğunu təsdiqləyib.
"İllər ərzində əldə edilən məlumatlardan sonra komanda obyektin Yerdən təxminən 4000 işıq ili uzaqda olduğunu, inanılmaz dərəcədə parlaq olduğunu və son dərəcə güclü maqnit sahəsinə malik olduğunu müəyyən edə bilib.
Obyektin nə ola biləcəyi ilə bağlı nəzəriyyələrə neytron ulduzu və ya ağ cırtdan (çökmüş ulduzun qalıqları üçün istifadə edilən termin) daxildir. Bununla belə, kəşfin çox hissəsi sirr olaraq qalır.
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı