"Çarpayının altından çıxıb arvadımı öldürdüm, sonra xaş yeməyə getdim"
Bərdədə arvadını boğaraq öldürməkdə təqsirləndirilən 1983-cü il təvəllüdlü Aqil Mustafayevə hökm oxunub.
"Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Mustafayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin iyulunda baş verib. O, qısqanclıq zəminində həyat yoldaşı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qətlə yetirib.
Məhkəmə istintaqında məlum olub ki, Aqil Mustafayev arvadı Nərgiz Mustafayevanın işdən gec qayıtdığını düşünərək ona zəng edib. Telefona zəng çatmadığı üçün əsəbiləşib. Bir qədər sonra arvadı ona geri zəng edərək Tərtərdə xınayaxdı mərasimində aparıcılıq etdiyini, müdirinin onun telefonu ilə danışdığını deyib. Gecə saat 1 radələrində Nərgiz evə gəlib. Aqil arvadının ona xəyanət etməsini ehtimal edib və çarpayının altında gizlənərək onun telefonla danışığını dinləyib. O, Nərgizin sakit səslə başqa şəxslə danışdığını gördüyünü deyib. Sonra cinayəti törətmək qərarına gəlib. A.Mustafayev çarpayının altından qəfil çıxaraq həyat yoldaşının müqavimətini qırdıqdan sonra onu boğaraq öldürüb.
Məhkəmədə dindirilən A.Mustafayev deyib ki, əvvəllər xanımı ilə münasibətləri normal olub: "Nərgiz xınayaxdı şənliklərində aparıcılıq edirdi. Normalda işdən 9-10 radələrində gələrdi. Son 2 ayda evə gec gəlməyə başladı, gecə 12-1 radələrində gəlirdi. Kiminləsə telefonla danışdığını görmüşdüm deyə içimdə şübhə yaranmışdı. Nərgiz mənə iş yoldaşları ilə danışdığını deyirdi. Daha sonra boşanmaq üçün məhkəməyə ərizə verdiyini dedi. Sonuncu dəfə mənə yalan danışdığını hiss etmişdim. Hadisə günü evə gecə saat 2-də gəldi. Bir maşın Nərgizi düşürüb getdi. Çarpayının altında gizlənib onun danışığına qulaq asdım. "Kirayə tutub, gedib başqa yerdə qalarıq" dediyini eşitdim. Çarpayının altından çıxıb Nərgizi boğdum. Sonra kafeyə gedib xaş yedim. Daha sonra taksiyə minib polis şöbəsinə getdim. Belimdən kəməri çıxarıb növbətçi polisə təqdim edərək arvadımı öldürdüyümü dedim".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı