""TikTok"u ona görə açdım ki..." - Deputatdan AÇIQLAMA

""TikTok"u ona görə açdım ki..." - Deputatdan AÇIQLAMAXəbər verdiyimiz kimi, deputat Ceyhun Məmmədov bu yaxınlarda özünə "TikTok" səhifəsi açmaqla gündəmə gəlib. Onun bu addımını tənqid edənlər olsa da, dəstəkləyənlər də az olmayıb.

Sonxeber.az deputatın özünə "TikTok" səhifəsi açmasının səbəbini öyrənib.

Ceyhun Məmmədov bildirib ki, son zamanlar sürətlə inkişaf edən "TikTok" ən çox istifadə olunan sosial şəbəkələrdən biridir:

"Adətən "TikTok"da əyləncə xarakterli videolar paylaşılır. Bir müddətdir ki, mən də müşahidə yolu ilə ümumi prosesi təhlil edirdim. Bu gün nail olmağa ən çox çalışdığım və qarşıma qoyduğum məqsədlərdən biri gənclərlə daha sıx işləmək, onların inkişafına tövfə verməkdir.

Baxdım ki, burada gənclər çoxdur və əksəriyyəti əyləncəli videolar paylaşır. Yəni biz burada belə videoların daha geniş paylaşıldığını görürük.
Amma "TikTok"un bir üstün cəhəti odur ki, videoların izlənmə sürəti burada daha çoxdur. Bu sosial şəbəkədə paylaşılan videoların daha çox kütləni əhatə etdiyinin şahidi oldum.

Hesab edirəm ki, bu platforma sürətlə inkişaf etdiyi üçün gələcəkdə orada digər istiqamətlərdə də videoların paylaşıldığının şahidi olacağıq.
Düşündüm ki, gənclər bu şəbəkədən istifadə edirlərsə, orada yalnız əyləncə olmasın, gənclərə istiqamət verən videolar da olsun. Onların gələcəyinə töhfə verə biləcək videolar da paylaşaq.

Zaman-zaman müxtəlif tövsiyələrimiz olub, müxtəlif verilişlərdə iştirak edirik.

O baxımdan düşündüm ki, belə videolar paylaşaraq orada toplaşan gənclərə öz səsimizi çatdıraq.

Ümumiyyətlə, bu gün bir sıra hallarda gənclərin daha çox əyləncəyə meyil göstərdiyini müşahidə edirik.

Əlbəttə, istirahət üçün müəyyən əyləncə də olmalıdır. Amma hesab edirəm ki, gənclərimiz həm də oxumağa, öyrənməyə, maariflənməyə, yeni biliklər əldə etməyə də maraqlı olmalı, cəhd etməlidirlər.

Bu gün belə gənclərimiz var və mən də qərara gəldim ki, belə bir səhifə açaraq daha çox təhsillə, Milli Məclisdəki fəaliyyətimlə bağlı müəyyən videoları paylaşım.

Artıq paylaşımlara başlamışam. Görürəm ki, orada videoların izlənmə sürəti və effekti daha çoxdur. Bu səbəbdən müəyyən fikirlərin çatdırılması üçün sözügedən platformadan istifadə etmək lazımdır.

Bu platforma bizə əslində geniş imkanlar yaradır və onlardan istifadə etməyimiz gərəkdir".

Səmimi videolarının paylaşılması ilə bağlı suala isə depuat belə cavab verib:

"Hazırda paylaşımlarım daha çox fəaliyyətimlə bağlıdır. Amma digər fikirlərimi də paylaşmış ola bilərəm. Əlbəttə, biz şou ilə məşğul deyilik. Bizim öz fəaliyyətimiz, istiqamətimiz var. Mənim əsas hədəfim və məqsədim fikirlərimi gənclərə çatdırmaq, vətənpərvərlik ruhunda, elm və biliyə marağın artırılması istiqamətində videolar paylaşmaqdır".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2642   Tarix: 27 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr