"O, müəllimdir?!" - Təhsil ekspertindən SƏRT AÇIQLAMA

"O, müəllimdir?!" - Təhsil ekspertindən SƏRT AÇIQLAMABir neçə gün öncə Bakıda 165 saylı məktəbin videosu sosial şəbəkələrdə yayılaraq qızğın müzakirələrə səbəb olub. Həmin görüntülərlə bağlı fikirlər birmənalı deyil. Şagirdlərin "özbaşınalığı" məktəb-valideyn-şagird münasibətlərinin zəifliyindən irəli gəlir.

Məsələ ilə bağlı Sonxeber.az-a münasibət bildirən təhsil eksperti Kamran Əsədov şagirdlərin təlim-tərbiyəsində müəllimin daha böyük məsuliyyət daşıdığını deyir:

"Hər bir valideynin təhsil prosesində, uşağın tərbiyəsində rolu var. Bəs valideyni olmayan uşaqlar nə etməlidirlər? Ona görə də məktəblə bağlı danışdıqda, heç bir halda yükü valideynin üzərinə atmamalıyıq. Məktəb öz öhdəliyini yerinə yetirməyə borcludur.

Bəli, valideyn məktəbdə təlim-tərbiyə prosesində tərəfdaş olmalıdır. Bu, şagirdin məsuliyyətini daha da artıracaq. Bugünkü reallıq odur ki, valideyn kənara çəkilib və tədris prosesində iştirak etmir.

Biz dəfələrlə demişik ki, valideyn öz potensial imkanlarından istifadə etməlidir, çünki uşağı ən yaxşı tanıyan odur. Amma valideyn var ki, səhərdən axşama işləyir və tədris prosesində iştirak edə bilmir.

Həqiqətən də, valideyn-məktəb əlaqələri düzəlsə, valideynlərin məktəb prosesində iştirakı aktiv olsa, yaxşı olar. Amma hazırda məktəblər informasiya cəhətdən valideynlərə bağlıdır. Təhsil adamları, nazirlik qeyd edir ki, valideyn tədris prosesində iştirak etməlidir. Halbuki, valideyn sinifdə dərs prosesində iştirak etmək istəsə də, onu məktəbə buraxmırlar. Bunun üçün gərək icazə olsun.

Əgər uşaqda problem varsa, bu, məktəbin problemidir. Məktəb yalnız tədris etmir, təlim-tərbiyəni də verir. Məktəb vətəndaş, şəxsiyyət yetişdirir.

Pul yığanda valideyn yada düşür, amma monitorinq etmək istəyəndə valideyni məktəbə buraxmırlar. Məktəblərdə problemlərin həll olunmasını istəyiriksə, sanitar qovşaqlardan başqa, hər yerdə kameralar quraşdırılmalıdır. Bu zaman ictimai nəzarət olacaq.

Məktəb öz öhdəçiliyini yerinə yetirməlidir. Dövlət məktəblərdə psixoloqa, təlim-tərbiyə üzrə direktor müavininə ştat ayırıb ki, onlar öz işlərini görsünlər. Valideyni günahlandırmaq lazım deyil.

Hazırda Azərbaycanda valideyn himayəsindən məhrum 40 mindən çox uşaq var. Bəs onlar nə etsinlər?

İndi az qalırlar ki, uşaq dünyaya gələn kimi onu müəllim yanına hazırlığa qoysunlar. Dövlətin pulsuz verdiyi təhsili müəllim uşağa vermir, ona görə də valideyn pul verib eyni şeyi kənardan alır.

Bu gün sosial şəbəkələrdə müəllimlərin nə qədər videoları yayılıb. O, müəllimdir?!

Çətin tərbiyə olunan uşaqlarla isə işləmək lazımdır. Bəhanə olunur ki, əmək haqqı azdır. Əmək haqqının az olmasının günahkarı və səbəbkarı şagird deyil. Müəllim bu vəzifəyə gələndə bilirdi ki, onun maaşı, vəzifəsi, öhdəliyi nədir.

Günahkar axtarmaq lazım deyil, hərə öz öhdəliyinə düşəni etməlidir. Evdə ana öz uşağına deyə bilər ki, "atan mənə az pul verir, mən sənə baxmıram"?! Siz müəllimsiniz, sizə valideynlər övladlarını etibar ediblər. Uşaqlar valideyndən çox müəllimlə ünsiyyətdə olurlar.

Bu uşaqlar yuxarı sinif şagirdləridir. Niyə belə olur? Çünki 25 şagird olan sinifdə 5 nəfər oxumursa, müəllim onları arxa sırada oturdur. Onlar da sonradan özlərini göstərmək üçün belə edirlər.

Məktəbdə sinif nümayəndəsi ən zəif oxuyan, dəcəl uşaq qoyulmalıdır, digər oxumayan uşaqlara təşkilati işlər verilməlidir, müəyyən tapşırıqlar verilməlidir ki, onlar prosesdə iştirak edib məsuliyyət daşısınlar.

Bu, çox ciddi məsələdir. Müəllim dərs prosesində şagirdlə işləməlidir. Yalnız o zaman bu cür hallar aradan qaldırıla bilər."

Aygün Osmanlı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2222   Tarix: 28 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr