Gecə klubdan çıxan qızın qarşısını kəsdi: "Qaranlığa çəkib..." - Şok təfərrüat

Gecə klubdan çıxan qızın qarşısını kəsdi: "Qaranlığa çəkib..." - Şok təfərrüatBakının Nəsimi rayonunda 1991-ci il təvəllüdlü Bəylər şəxsi münasibətlər zəminində sevgilisi Validəni (adlar şərti verilib – red.) döyüb.

Sonxeber.az Teleqraf.com-a istinadən verdiyi məlumata görə, hadisə ötən il noyabrın 16-da gecə saat 00.10-da baş verib. Bəylər mübahisə zamanı Validəni döyərək ona xəsarət yetirib.

İstintaq orqanı Bəylərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəylər özünü təqsirli bilib. O qeyd edib ki, 2017-cı ildən "Boss" klubunda qəlyançı işləyib: "Lakin pandemiya ilə əlaqədar qəlyan satışı qadağan olunduğundan müvəqqəti işsiz qalmışam. Klubda işləyən zaman orada barmen kimi çalışan Validə ilə tanış olduq, bır müddət sonra qeyri-rəsmi olaraq birlikdə yaşamağa başladıq".

Təqsirləndirilən şəxsin sözlərinə görə, noyabrın 15-də axşam saatlarında Validənin işlədiyi "Boss" klubuna gəlib: "Klubda küsüşdüyümüz Validə ilə barışmaq istədim. Validə isə barışmaq istəmədiyini, başqa şəxslə danışdığını bildirdi. Klubu tərk etdim. Validənin saat 12.00-da klub bağlandıqdan sonra evə gedəcəyini bildiyim uçun kənarda dayanıb onu gözlədim".

Bəylər bildirib ki, noyabrın 16-da, gecə saat 00.10-da Validə işdən çıxıb və evə gedən zaman Bül-bül prospektində yerləşən "Bravo" marketin qarşısında ona yaxınlaşıb: "Validəyə söhbət edərək nə istədiyini bildirdim. Etiraz edən zaman onun qolundan tutdum, marketın yanında heç kimin olmadığı qaranlıq hissəyə çəkdim. Ondan üzr istədim, onu sevdiyimi, barışmaq istədiyimi bildirdim.

Buna baxmayaraq, məni təhqir etdi, oradan getmək istədiyi üçün bir anlıq əsəbləşdiyimdən onun baş və sağ qolundan yumruqla zərbə vurdum. Validə yıxılaraq ağladığı üçün peşman oldum, oradan uzaqlaşdım".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Validənin sözlərinə görə, 4 il əvvəl barmen işlədiyi "Boss" klubunda qəlyançı olan Bəylərlə tanış olub: "Bır müddət danışdıqdan sonra qeyri-rəsmi olaraq birlikdə yaşamağa başladıq. 2021-ci ilin oktyabrın sonunda Bəylər mənə xəyanət etdiyi üçün onunla münasibətim pozuldu və ayrıldıq. Pandemiya ilə əlaqədar qəlyan satışı qadağan olunduğundan Bəylər işsiz qalmışdı və ara-sıra kluba gəlib-gedirdi".

Zərərçəkmiş şəxs qeyd edib ki, noyabrın 15-də, gecə saatlarında işdə olan zaman Bəylər kluba gəlib və ona yaxınlaşaraq barışmaq istədiyini bildirib: "Buna etiraz etdim, başqa şəxslə münasibət qurduğumu söylədim. Bəylər klubdan getdi. Gecə klub bağlandığından təhvil-təslim etdim, getmək üçün klubdan çıxdım. Kirayə yaşadığım evə gedən zaman Bülbül prospektində yerləşən "Bravo" marketin yanında Bəylər qarşıma keçdi. Dərhal qolumu tutaraq, məni heç kimin olmadığı qaranlıq tinə çəkdi, mübahisə etməyə başladı.

Mənə bildirdi ki, heç bir zaman, kiminləsə münasibət qurmağıma imkan verməyəcək. Onun sözlərinə məhəl qoymadım. Oradan getmək istəyən zaman Bəylər sağ qolumdan və başımdan yumruqla zərbə vurdu, saçımı yoldu. Yıxılaraq ağladım, Bələr isə oradan uzaqlaşdı".

Bu cinayət işinə Nəsimi rayon Məhkəməsində baxılıb.

Bəylər 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınıb.

Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1728   Tarix: 27 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr