"Bunu çox qabartmaq lazım deyil" - Ekoloqdan AÇIQLAMA
Ölkəmizdə qışın sərt keçməsinə baxmayaraq, qarın paytaxta yağmaması insanlarda məyusluq yaradır. Həsrətlə qarın yağmasını gözləyənlərdən əlavə, "Bakıya qar yaraşmır" ifadəsini işlədənlər də az deyil. Bəs paytaxtda davam edən qeyri-sabit hava şəraitinin səbəbi nədir?
Mövzuyla bağlı Sonxeber.az-a ekoloq Ənvər Əliyev açıqlama verib.
O bildirib ki, planetdə əsas iqlimi formalaşdıran atmosfer təzyiqi və buludlardır:
"Təzyiqin artıb-azalması nəticəsində buludlar yerini dəyişir. Tarixə baxsaq, görərik ki, Ərəbistan və Misirin ərazisi cəngəlliklər, quraqlıq olub. Planetin özünəməxsus xüsusiyyətləri var. Avropa, Asiya, Rusiyanın mərkəzi qardan iflic olur, amma burada yağmır.
Bakı şəhəri yaşayış məskəni kimi o qədər də önəmli bir sahə deyil. Tarixən burada çox az adam yaşayıb. Quberniya dövründə burada 1500 ailə var idi. Daha sonra, neft məsələsi gündəmə gəldikdə əhali Bakıya axın etməyə başladı. Hazırda Azərbaycan əhalisinin 40 faizi burada yaşayır. Biz tam stabil hava şəraitindən çıxıb gəlmişik. Bakının iqlimi elədir ki, şimaldan gələn hava axınları bura sərbəst daxil olur, çünki Qafqaz dağları bu ərazidə yoxdur.
Küləkli havada yağıntının olması çətinləşir.
Bu il artıq qışın bitməsinə az qalsa da, əvvəlki Bakı şəhərindən əsər-əlamət yoxdur. 1960-1970-ci illərin bu dönəmində qar əlindən tərpənmək olmurdu, həftələrlə qar yağardı. Bəlkə də, nə vaxtsa yenə əvvəlki hava şəraitinə qayıdarıq. Təbiətdə bütün hadisələr dövrüdür. Bu, bütün kainatda var. 5-10 ildən sonra vəziyyət dəyişə bilər. Bunu çox qabartmaq, təəccüblə baxmaq düzgün deyil. Çünki tarixin müxtəlif dönəmlərində belə hallar olub: bəzən quraqlıq, bəzən bol yağıntılı hava şəraiti hökm sürüb.
Qarın yağmamasının ən böyük problemi odur ki, su ehtiyatı azalır. Çünki yağış yağması ilə qar yağmasının su ehtiyatına təsiri fərqlidir".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı