Televiziya kanalları HD yayıma keçir, bunun üçün insanlar nə etməlidir? - MTRŞ sədrindən açıqlama

Televiziya kanalları HD yayıma keçir, bunun üçün insanlar nə etməlidir? - MTRŞ sədrindən açıqlamaSabahdan etibarən, "Azerspace-1" peykindən yayımlanan Azərbaycan televiziya kanalları HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçəcək.

Bu, Milli Televiziya və Radio Şurası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, nazirliyin tabeliyində olan "Azərkosmos", "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov HD formatına keçidin təfərrüatlarını açıqlayıb.

İ.Səttarov bildirib ki, hazırda Azərbaycanda yerüstü yayım dövlət tərəfindən dəstəklənir və Azərbaycanın bütün əhalisi yerüstü yayım ilə əhatə olunur.

"Azərbaycan kanalları ölkə ərazisində yerüstü yayım ilə pulsuz yayımlanır, insanlar da sadə antena ilə bu kanallara baxa bilər, yəni bu, dövlət tərəfindən təmin olunur. Peyk yayımı vasitəsilə televiziyaların izlənməsi isə tamaşaçıların könüllü seçimidir. Yəni, hər kəsin yerüstü yayıma baxmaq imkanı peyk yayımında HD formatına keçiddən sonra da olacaqdır", - deyə İ.Səttarov vurğulayıb.

O qeyd edib ki, ölkəmizdə ailə təsərrüfatlarının az faizində peyk tunerləri HD formatını dəstəkləməyə bilər.

"Bu faiz çox aşağı olacaq. Ancaq kimlərin ki, peyk tunerləri HD formatını dəstəkləməyəcək, onlar yenə də yerüstü yayımla təmin ediləcəklər və televiziya kanallarına yerüstü yayım vasitəsilə baxa biləcəklər. Yəni insanlar fikirləşməsinlər ki, HD formatına keçiddən sonra onlar televiziyasız qalacaqlar", - deyə qeyd edib.

MTRŞ sədri vurğulayıb ki, yanvarın 28-də HD formatına keçiddən sonra əhali öz tunerlərini yenidən tənzimləməlidir. Bununla bağlı noyabr ayından əhali maarifləndirilir.

HD formatına keçidin səbəbindən danışan İ.Səttarov vurğulayıb ki, hazırda Azərbaycanda peykdən HD formatında yayımlanan cəmi dörd televiziya kanalı var.

"Qalan kanallar peykdə ancaq SD formatında yayımlanırlar. Eyni zamanda, əhalimiz tərəfindən kifayət qədər izlənilən qonşu ölkələrin telekanallarının böyük əksəriyyəti artıq HD yayımı aparmaqdadılar. Həmin kanallar ilə müqayisədə bizim telekanallar təsvirin keyfiyyətində uduzur. Bu addım yerli televiziyaların xarici telekanalla rəqabət aparmağında müəyyən dərəcədə kömək edəcək və ən əsası, Azərbaycan vətəndaşlarını daha keyfiyyətli təsvirlə təmin edəcək", - deyə MTRŞ sədri vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2047   Tarix: 27 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr