Bakıda tələbələr liseyin damına çıxıb "şou" göstərdilər – VİDEO
Bakıda peşə liseyinin damına çıxan bir qrup tələbə orada həyatlarını təhlükəyə ataraq riskli hərəkətlər ediblər.
Sosial şəbəkələrdə yayılan həmin videogörüntü birmənalı olaraq izləyicilər tərəfindən qınanıb.
Bəs tələbələr dörd mərtəbəli liseyin damına hansı şəraitdə və necə çıxıb? Məsələyə Peşə Təhsili üzrə Dövlət Agentliyi də münasibət bildirib.
Xezerxeber.az-ın məlumatına görə, şagirdlər liseyin damında "Bunu heç kim edə bilməz" deyib, riskli hərəkətlər ediblər.
Söhbət paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 100 ünvanında çəkilib. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 14 nömrəli Bakı Peşə Liseyinin tələbələri təhsil ocağının damına çıxıblar. Sosial şəbəkələrdə yayılan video birmənalı olaraq izləyicilər tərəfindən qınanıb. Çünki bu yaşda gənclərin belə hərəkət etməsi olduqca təhlükəlidir.
Bir-birlərini telefona çəkən tələbələrdən biri dördmərtəbəli binanın damından aşağı baxarkən təhlükə ilə üzləşib. Digər tələbə yoldaşı ona "yıxılarsan, çox qabağa getmə" deyib.
Peşə liseyinin rəhbərliyindən məsələyə münasibət öyrənmək istədik. Liseyin tələbələrə nəzarət edə bilməyən mühafizəçiləri bizə bildirdilər ki, təhsil ocağında ümumiyyətlə rəhbər şəxs yoxdur. Amma onlar faktın sözügedən liseydə baş verdiyini təsdiq etdilər. Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Ceyran Məmmədli "Xəzər Xəbər"ə bildirdi ki, tələbələrin ora nə vaxt və hansı şəraitdə çıxdığı təmsil etdiyi qurum tərəfindən araşdırılır. "Araşdırmanın yekununda mətbuata ətraflı açıqlama veriləcək",-deyə Ceyran Məmmədli qeyd etdi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı